Foqts: “Ronaldo dünyanın ən güclü futbolçusudur”

Foqts: “Ronaldo dünyanın ən güclü futbolçusudur”
ÖLKƏ FUTBOLU 27 Dekabr 2013 / 12:57 2568
-  A +

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts “Qızıl top” mükafatının səsverməsində Kriştiano Ronaldonu birinci namizədi kimi qeyd etməsinin səbəbini açıqlayıb.

Qol.Az-ın xəbərinə görə, Almaniya mətbuatına açıqlamasında o bildirib ki, Ronaldo hazırda dünyanın ən güclü futbolçusudur.

“O, Portuqaliya millisinin və “Real”ın lideridir. Yekun nəticəni müəyyənləşdirmək gücündə olan futbolçudur” – deyə Foqts vurğulayıb. 

Berti Foqts bildirib ki, Ronaldonun məşqlərini və oyununu hələ bu futbolçu “Mançester Yunayted”də, Aleks Fergüssonun rəhbərliyi altında çıxış edərkən də yaxından izləyib: “Mən Fergüssona Ronaldo ilə bağlı müsbət fikirlərimi də söyləmişdim. Onun o vaxtlar da çox güclü zərbələri vardı”.

Berti Foqts dünyanın ən yaxşı məşqçisi adına namizədlər siyahısında isə “Bavariya”nın sabiq çalışdırıcısı Yupp Haynkesi göstərib: “O, ötən mövsüm “Bavariya”ya bütün mükafatları qazandırdı. Buna görə də Haynkes ən yaxşı məşqçi adını qazanmağa layiqdir”.

Xatırladaq ki, FİFA dünyanın ən yaxşı futbolçusu və baş məşqçisi adını 2014-cü ilin yanvar ayında açıqlayacaq. 

Daha çox


Son xəbərlər