Aleksandr Səmədov: "Bütün bunlar Bakıda təkrarlandıqda..."

Aleksandr Səmədov: "Bütün bunlar Bakıda təkrarlandıqda..."
ÖLKƏ FUTBOLU 25 Dekabr 2013 / 10:53 3478
-  A +

Rusiya millisi və "Lokomotiv" klubunun futbolçusu Aleksandr Səmədov ölkəsinin mətbuatına verdiyi müsahibə "DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində Bakıda millimizlə görüşə də toxunub.

Qol.Az-ın məlumatına görə, Azərbaycan əsilli futbolçu millimizlə matçdan sonra baş məşqçisi Fabio Kapellonun onlara qəzəbləndiyini bildirib:

"Oyunla bağlı təfərrüatlar paltardəyişmə otağında qalmalıdır. Ancaq "DÇ-2014"ün seçmə mərhələsinin son turunda Azərbaycanla oyundan sonra Fabio Kapello kəskin şəkildə bizə öz narazılığını bildirdi. Bu narazılıq isə onda bir neçə oyun ərzində yığılıb qalmışdı. Çünki həmin oyunlarda işimizi yaxşı yerinə yetirməmiş, son dəqiqələrdə qol buraxmışdıq. Ardıcıl iki dəfə - Lüksemburq və İsraillə matçlarda belə olmuşdu. Bütün bunlar Bakıda təkrarlananda isə Kapello deməyə çox söz tapdı".

Qeyd edək ki, Azərbaycan - Rusiya matçı 1:1 hesabı ilə başa çatmışdı.

Daha çox


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu