U-19 millimizin sabiq baş məşqçisi Arif Əsədovun Qol.Az saytına müsahibəsi
- U-19 milli komandasından ayrıldıqdan sonra hansısa yaş qrupundan olan milli komandamızı çalışdırmağınız gözlənilir?
- Hələ ki, bu məsələ açıq qalıb. Yəni U-19 millisi ilə müqaviləm başa çatıb, yeni müqavilə bağlamamışam. AFFA ilə əməkdaşlığımız davam edir. Ancaq hansı yaş qrupunda çalışacağımı deyə bilmərəm.
- Son vaxtlar adınız "Sumqayıt" klubu ilə hallanır...
- "Sumqayıt" klubunun hazırda baş məşqçisi var. Ona görə də bu barədə danışmaq düzgün olmazdı. Klubdan mənə heç bir təklif gəlməyib. Adımın "Sumqayıt"la hallanmağı normaldır. Hər hansı bir baş məşqçi işsiz qalan kimi adı müəyyən klublar yanaşı çəkilir.
- Hər hansı bir klubdan təklif gəlsə, qəbul edərsiniz? Yəni məşqçilik karyeranızı klubda davam etdirmək istərdiniz?
- Əlbəttə ki, klublardan təklif olsa, razılığa gəlmək olar. Ancaq hələlik AFFA ilə əməkdaşlığım davam edir. Buna görə də nəsə deməyə çətinlik çəkirəm.
- Bildiyiniz kimi "Avro-2015"-in seçmə mərhələsində U-19 millimizlə bir qrupa düşən Ermənistan yığması UEFA tərəfindən qrupdan çıxarıldı. Buna münasibətinizi bilmək istərdik.
- Yəqin ki, 2006-cı ildəki hadisələrə görə belə addım atıblar. Həmin oyunda xoşagəlməz hadisələr yaşanmışıdı. Yəqin ki, həmin hadisələrin təkrarlamağından ehtiyyat ediblər. Məncə, bunu normal qarşılamaq lazımdır. Düşünürəm ki, böyük təzyiq altında hazırlaşmaqdansa, elə onların qrupdan çıxarılmağı yaxşı oldu.
- Başa çatmaqda olan ili futbolumuz üçün necə qiymətləndirmək olar?
- Məncə, əvvəlki illərlə müqayisədə 2013-cü il futbolumuz üçün normal qarşılamaq olar. Çünki millimiz 9 xalla 4-cü pillədə qərarlaşdı. Komandamızın göstərdiyi son oyunları da yaxşı hesab etmək olar. Millimizin gələcəyinin daha yaxşı olacağı hiss olunur. Klublara gəldikdə isə çempionatın formatının dəyişməyini qeyd edə bilərəm ki, bu da özünü müsbət tərəfdən göstərdi. Məncə, çempionat fasilədən sonra da gərgin keçəcək. Sadəcə olaraq bizdə azarkeşlər baxımından problemlər var. Hələ də stadionlarda azarkeşlərin çox az olmağı təəssüfləndiricidir. Düşünürəm ki, komandaların əksəriyyəti layiqli yerindədir. "Bakı" və "Xəzər Lənkəran"ın yüksək pillələrdə olmamağı bir qədər gözlənilməz oldu. Hesab edirəm ki, bu komandalarda baş məşqçi dəyişiklikləri olduğu üçün onlara bir qədər vaxt lazımdır. Qış fasiləsindən sonra adını çəkdiyim komandalar da güclənəcək. Məncə, "Qarabağ", "Qəbələ" və "Neftçi" çempionluğa ən real namizədlərdir. İnanmıram ki, digər komandalardan hansısa 5-6 oyun ardıcıl qələbə qazanmaqla çempionluğa real namizəd olsun.
- Sabiq komandanız "Neftçi" son vaxtlar qeyri-stabil çıxış edir.
- "Neftçi" baş məşqçi dəyişikliyi olub. Hər bir komandada belə vəziyyətlər fəsadlar verir. Nazim Süleymanovun futbola öz baxışı var. Bu da istər-istəməz çətinlik yaradır. Böyükağa Hacıyev də "Neftçi"yə gələndə ilk vaxtlar çətinliklər var idi. Nazim müəllimin kifayət qədər vaxtı var ki, qış fasiləsində komandada olan boşluqları doldursun və istədiyi oyun üslubunu futbolçularına aşılasın.
- AFFA-nın Berti Foqtsla yenidən müqavilə imzalaması haqda nə deyə bilərsiniz?
- Əvvəlcədən bilinirdi ki, başqa namizəd yoxdur. Foqtsun göstərdiyi son nəticələr ona işarə verirdi ki, o, millidə qalacaq. Son vaxtlar AFFA-nın iki seçimi var idi: yerli və əcnəbi. Yerli məşqçilərin üzərində dayanılmadı. Ona görə də məsləhət oldu ki, elə Foqts milli komanda da qalsın. Çünki degər əcnəbi məşqçi vaxt istəyəcəkdi. Foqts isə bizim futbolu daha yaxşı tanıyır.
Ramiq AĞAMƏMMƏDOV
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı