"Neftçi" klubunun sabiq məşqçisi Bəxtiyar Musayevin Qol.Az saytına müsahibəsi
- "Neftçi"dən ayrıldıqdan sonra nə işlə məşğulsunuz?
- Heç bir işim yoxdur, bekarçılıqıdr.
- Məşqçi kurslarına getməyi və ya məşqçi işinizi hansısa klubda davam etdirməyi düşünürsünüz?
- A dərəcəli məşqçi kurslarına ərizə verməyə gecikdim. Gələcəkdə baxmaq olar belə işlərə. İşləməyimə gəlincə isə hələlik konkret təklif yoxdur. Yeni ildə baxaq görək nə olur.
- Yenidən "Neftçi"də çalışmaq istərdiniz?
- Bu haqda "Neftçi" rəhbərliyi ilə söhbətimiz olmayıb. Buna görə də bu haqda danışmaq istəməzdim. Neçə illər "Neftçi"də çıxış etmişəm. Futbolçu karyeramın çox hissəsini "Neftçi"də keçirmişəm. "Neftçi" hər bir futbolçu və məşqçi üçün şərəfli yerdir. Şükürlər olsun ki, həm futbolçu, həm də məşqçi kimi "Neftçi"də günlərim keçib. Hər kəs "Neftçi"də işləmək istəyər.
- "Neftçi"nin çıxışlarını izləyirsiniz?
- Nəinki "Neftçi"ni, bütün oyunları izləyirəm. Ümid etmək olar ki, "Neftçi" həmişəki kimi bu mövsüm də iddialı olacaq. Uzun illər bu komandada çıxış etdiyimə görə həmişə istəmişəm ki, "Neftçi" birinci olsun.
- Sabiq komandanızın AZAL-a məğlub olduğu oyun haqda nə deyə bilərsiniz?
- İkinci hissədə "Neftçi"də çoxlu qol imkanları oldu. Məncə, komanda axıra qədər 11 nəfərlə oynasaydı, qalib gələ bilərdi. Yəni hiss olunurdu ki, "Neftçi" qol vurmaq əzmindədir. Ancaq azlıqda qalması "Neftçi"nin məğlubiyyətinə səbəb oldu.
- Çempionatın ümumi gedişatı haqda fikirlərinizi bilmək istərdik.
- Artıq çempionatın yarısı arxada qaldı. 18 oyun az deyil. Məncə, hər bir komanda öz gücünə görə layiq olduğu yerdədir. İstərdim ki, "Neftçi"ni həmişə birinci görüm. Ancaq ilk "üçlük" layiqlidir. "Qəbələ" də artıq sabit oynayır. "Neftçi" və "Qarabağ" da oyunu ilə seçilir. Digər komandalarda xeyli dəyişiklik oldu. Məncə, göstərdiyi oyuna görə bütün komandalar öz yerindədir.
- Berti Foqtsun milli komandamızla müqaviləsinin uzadılmağını necə qarşıladınız?
- Çox təəssüf hiss keçirdim. Altı ildə Foqts bir şey etməyibsə, onu saxlmaq mənasız idi. Söhbət nəticədən, yığılan xallardan getmir. Çoxları deyir ki, bəxtimiz gətimədi, Şimali İrlandiya ilə səfər oyununda son dəqiqədə qol buraxdıq, Lüksemburqla oyunda bəxtimiz gətirmədi. Ancaq deyərdim ki, bəxtimiz gətirdi ki, Şimali İrlaniyaya uduzmadıq. Rusiya ilə oyunda da bəxtimiz gətirdi ki, son dəqiqələrdə qol vurduq. Yəni oyun baxımından inkişafdan danışmaq olmaz. Qafqaz futbolunun qaydası budur ki, topa nəzarət edəsən, texnikalı futbol oynayasan. Buna çalışmaq lazımdır. Təkcə müdafiə olunmaqla iş bitmir. Ona görə də mən Foqtsun qalmasını təəssüf hissi ilə qarşıladım. Ancaq mənə maraqlıdır ki, bəzi mütəxəssislərimiz niyə Foqtsun getməsini istəmədilər? Onlar açıqlamalarında bildirirlər ki, başqa əcnəbi gəlməkdənsə, Foqts yaxşıdır, o, futbolçuları tanıyır. Mən isə deyirəm ki, işə məsuliyyətlə yanaşsan, tez bir müddətdə komandanı, futbolçuları tanıyarsan. Görün, bizim "Avro-2016"ya hazırlaşmaq üçün nə qədər vaxımız var. Kifayət qədər vaxt var idi ki, yeni baş məşqi gəlib komandasını formalaşdırsın. Millimizə elə bir baş məşqçi gətirilməlidir ki, işi sevsin, qarşısına məqsəd qoysun, işləyən adam olsun. Bunu zaman göstərəcək ki, mən düz deyirəm, yoxsa başqaları? Hər kəsin öz fikri var. Bu da mənim fikrimdir.
Ramiq AĞAMƏMMƏDOV
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı