Premyer Liqanın autsayderi olan “Turan” ikinci dövrədən fəaliyyətini dayandıra bilər. Bu barədə Qol.Az saytına klubun mətbuat xidmətinin rəhbəri Rasim Əliyev məlumat verib. R. Əliyevin sözlərinə görə Tovuz təmsilçisi sponsor axtarışındadır: “Bildiyiniz kimi komandamız maliyyə böhranı yaşayır. Dövrələrarası fasilədə bunu aradan qaldırmaq istəyirik. Bunun üçün bir neçə iş adamına müraciyyət olunub. Amma hələ onlardan xəbər yoxdur. Vəziyyət belə davam edərsə, “Turan” ikinci dövrədən fəaliyyətini dayandıracaq”.
***
Maliyyə sıxıntısı yaşayan Tovuzun “Turan” komandası bəzi aparıcı futbolçularından biri olan kapitan Vurğun Hüseynovu itirmək üzrədir. Tovuz futbolunun yetirməsi ikinci dövrədən doğma komandasından gedəcəyini deyib. Bu haqda Qol.Az saytına açıqlama verən V.Hüseynov şərəfini qoruduğu komandanın maddi sıxıntı içində olduğuna görə bu fikrə düşdüyünü söyləyib: “Doğrusu, komandanı tərk etmək istəməzdim, amma buna məcburam. “Turan”ın sponsor problemləri var. Buna görə yəqin ki, klubu tərk edəcəm”.
***
“Turan” və “Bakılı” borclarını hələ də ödəməyiblər. Əgər borclarını ödəməsələr, bu komandalara ikinci dövrə üçün yeni transferlər, yeni futbolçu sifariş edilməsinə icazə verilməyəcək”. Bunu Azərbaycan Peşəkar Futbol Liqasının (APFL) prezidenti Ramin Musayev deyib (apasport.az).
1994-cü ildə Azərbaycan çempionu kimi avrokuboklarda ölkəmizi təmsil edən ilk komanda olan “Turan”ın hazırkı vəziyyətinə üzüldüyünü vurğulayan Musayev bütün milli çempionatlarımızda iştirak edən klubun durumundan narahatdır. APFL prezidenti Qərb bölgəsinin yeganə təmsilçisinin dağılmasını arzulamır: “Mən hələ mövsümün əvvəlində “Turan”ın prezidenti ilə durumları haqda söhbət etmişdim. O, vəziyyətin yaxşılaşacağını desə də, bu günə kimi ortada bir şey yoxdur. Hansı komanda çempionatda iştirakını dayandırmaq fikrinə düşsə, bununla bağlı bizə rəsmi şəkildə müraciət etməlidir. Belə olan halda, həmin komanda 4 il nə Premyer Liqada, nə də birinci divizionda çıxış edə bilər”.
Adının çəkilməsinin istəməyən “Turan” rəsmilərindən biri isə bildirib ki, hazırda APFL-ə olan borcları ödəmək gücündə deyillər: “Maliyyə vəziyyətimiz çox acınacaqlı gündədir. Belə getsə, komanda çıxışını dayandıracaq”.
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video
Kloppdan gözlənilməz məğlubiyyətə münasibət
Çimərlik güləşində tarixi uğur
İsrail - İrlandiya matçında diqqətçəkən etiraz
Ronaldo 18 il sonra ilk dəfə...
"Daha yaxşı "Qəbələ" görəcəyik" - Yeton Bekiri
Almaniya uduzdu, Niderland və Portuqaliyadan qələbə
"Bizim üçün göz oxşayan matç deyildi" - Edqaras Yankauskas
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki