Vaqif Sadıqov: "Tarixi qələbə qazandıq"

Vaqif Sadıqov: "Tarixi qələbə qazandıq"
ÖLKƏ FUTBOLU 20 Dekabr 2013 / 18:52 2919
-  A +

“Tarixi qələbə qazandıq. “Neftçi”yə qarşı uğurlu nəticələrimiz yox idi. İkinci dəfədir ki, komanda oyuna fərqli taktika ilə çıxır".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov "Neftçi"yə qalib gəldikləri oyundan (2:1) sonra deyib.

Təcrübəli mütəxəssis daha sonra oyun haqda bunları deyib: “Simurq”la oyunda ağır məğlubiyyət aldıq. Bugünkü oyunda isə rəqibə təzyiq etdik, üstün cəhətlərini göstərməyə imkan vermədik. Cinahları dəyişməklə qələbə qolunu vurmaq istəyirdik. Oyunun sonlarına yaxın bunu Şemonayev həyata keçirdi. Azarkeşlərimizi qələbə ilə təbrik edirəm.

AZAL-da komanda ruhu var, qələbəyə köklənmişdik, rəqibdən çəkinmədik. Qış fasiləsində çatışmazlıqlar üzərində işləyəcəyik. Çempionatda zəif rəqib yoxdur, çempionatın inkişafı göz qabağındadır. İnanıram ki, gələcəkdə AZAL-dan da milli komandaya futbolçular dəvət olunacaq. Yaşıl meydanlardan kənarda həmişə “Neftçi”yə azarkeşlik edirəm, AZAL-ın baş məşqçisi kimi isə komandamın qələbəsi üçün çalışıram. Hakimin verdiyi qırmızı vərəqələri haqlı sayıram. Bu heyətimizi qoruyub saxlamağa çalışacağıq”.

Daha çox


Son xəbərlər