Bu gün Topaz Premyer Liqada 18-ci turun oyunlarına start verilib.
Qol.Az-ın məlumatına görə, əvvəlki turlardan fərqli olaraq bu dəfə bütün görüşlər eyni gündə baş tutub.
Bu turdan sonra ikinci dövrəyə yekun vurulub və komandalar qış fasiləsinə yollanıblar. Turun açılış matçında "Qəbələ" öz meydanında "Bakı" ilə qarşılaşıb və 2:0 hesabı ilə qələbə qazanıb.
Premyer Liqanın hazırki lideri "Neftçi" klubu səfərdə AZAL-ın qonağı olub. Gərgin keçən görüş AZAL-ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Mustafa Dənizlinin rəhbərlik etdiyi "Xəzər Lənkəran" klubu doğma azarkeşləri önündə "Sumqayıt"ı sınağa çəkib. Lənkəran təmsilçisi bu görüşdə çətin qələbə qazanıb - 4:3.
Çempionatın autsayderi "Rəvan" klubu öz meydanında "Simurq"la münasibətlərinə aydınlıq gətirib. Səfərdə "Rəvan"ı 3:0 hesabı ilə məğlub edən Zaqatala təmsilçisi qış fasiləsinə 6-cı pillədə yollanıb. Turun mərkəzi qarşılaşmasında isə "Qarabağ" və "İnter" komandaları üz-üzə gəlib. Bu oyunda 2:0 hesabı ilə qələbə qazanan Qurban Qurbanovun komandası qış fasiləsinə lider yollanıb.
20 dekabr
Topaz Premyer Liqa,18-ci tur
“Qarabağ” – “İnter” - 2:0
Qollar: Vüqar Nadirov, 58 (1:0), Riçard Almeyda, 65 (2:0)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Ramiz Məhərrəmov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Diniyev
Tofiq Bəhramov adına Respublika stadionu
AZAL – “Neftçi” - 2:1
Qollar: Con Oluremi, 18 (1:0), Rəşad Sadiqov, 59 (1:1), Aleksandr Şemonayev, 90 (2:1)
Qırmızı vərəqə: Mahir Şükürov, 79; Elvin Yunuszadə, 83
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Mahir Məmmədov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov
“AZAL Arena” stadionu
“Rəvan” – “Simurq” - 0:3
Qollar: Draqan Çeran, 22 (0:1), Raul Kostin, 39 (0:2), Spetan Polyak, 45 (0:3)
Qırmızı vərəqə: Mişel Balokoq, 59 ("Rəvan")
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Nahid Əliyev, Sərxan İsmayılov
“Bayıl Arena” stadionu
“Qəbələ” – “Bakı” - 2:0
Qollar: Daniel Subotiç, 19 (1:0), Lorentso Ebesilio, 90+4-pen (2:0)
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Coşqun Həsənov, Fərid Məmmədov
Qırmızı vərəqə: Şəhriyar Əliyev, 90+3 ("Bakı")
Qəbələ səhər stadionu
“Xəzər Lənkəran” – “Sumqayıt” - 4:3
Qollar: Sadio Tounkara, 20 (1:0, Deyvid Sakkoni, 25 (2:0), Orxan Əliyev, 40 (2:1), Etame Mbila, 45+1 (3:1), 51 (4:1), Pərdis Fərcad-Azad, 78-pen (4:2), Ruslan Nəsirli, 81 (4:3)
Hakimlər: Ramil Əhmədov, Yaşar Abbasov, Vaqif Musayev, Teymur Fərhadov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Feyzulla Feyzullayev
“Xəzər Lənkəran” mərkəzi stadionu
Turnir cədvəli
|
Bombardirlər: Vaqif Cavadov (İnter) - 9 qol Reynaldo (Qarabağ) - 7 qol Mindauqas Kalonas (Bakı) - 7 qol Daniel Subotiç (Qəbələ) - 7 qol Əfran İsmayılov (Bakı) - 6 qol Leonardo da Silva (Qəbələ) - 6 qol Etame Mbilla (Xəzər Lənkəran) - 6 qol |
UEFA-dan azarkeşlər üçün yeni mövqe
Muradın komandası Superkubokun qalibi oldu
Millinin oyunçusu 31 yaşında karyerasını bitirdi
Mahir dayanmır. Yenə qol vurdu! - Video
Argentina Messiyə belə vida edəcək
“Qalatasaray” Çempionlar Liqası üçün heyətini açıqladı
"Arsenal"dan ərəb klubuna keçdi
"Zirə" bu dəfə braziliyalı futbolçu ilə gücləndi
ÇL matçlarını göl mənzərəli stadionda keçirəcəklər
"Mourinyo “Real”ı çox yaxşı tanıyır"
"Karvan-Yevlax"ın böyükhesablı qələbəsindən - Video
Oyun şansı qazanmasa, klubdan gedəcək
"Karvan-Yevlax" və “Şahdağ Qusar” mövsümə qələbə ilə başladı
“Fənərbaxça” UEFA-nın hədəfində - Araşdırma aparılır
"Zirə" yeni futbolçu transfer etdi
Azərbaycan millisinin oyunlarının tarixləri məlum oldu - AÇ
Kadinin cəzası açıqlandı
AFFA bu klubları cərimələdi
Keyruş yenidən Qana millisində
Ançelotti "Real"ı ziyarət etdi - Şəkillər
Robinyonun oğlu İtaliya klubunda
"Tottenhem"dən "Sanderlend"ə
"Bizə ÇL-də oynamaq hüququnu Azərbaycan çempionatı verir"
PFL Yohan Kroyff İnstitutu ilə əməkdaşlığa başladı
"Bizi “Moneyball” fəlsəfəsi ruhlandırdı" - Maqsud Adıgözəlov
"UEFA turnirinin "Qarabağ"ın çempionluğunda böyük rolu oldu"
"Trabzonspor" tarixinin ən bahalı transferini etdi
Dzeko millidə son oyununa çıxacaq
"Mançester Siti"dən "Benfika"ya keçdi
Misli Premyer Liqasında 4-cü turun hakimləri müəyyənləşdi