Millimiz FİFA reytinqində bir pillə irəlilədi

Millimiz FİFA reytinqində bir pillə irəlilədi
ÖLKƏ FUTBOLU 19 Dekabr 2013 / 12:55 3127
-  A +

FİFA milli komandaların 2013-cü il üçün sonuncu reytinq cədvəlini açıqlayıb.

Qol.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan millisi ötən ayla müqayisədə 1 pillə irəliləyib.

Noyabr ayının cədvəli açıqlandıqdan sonra heç bir oyuna çıxmamasına baxmayaraq, aktivində 363 xal olan millimiz 94-ci pillədə qərarlaşıb. Buna Kuba və Dominikan Respublikalarının xeyli pillə aşağıya düşməsi səbəb olub. Əvəzində Səudiyyə Ərəbisdan isə 12 pillə irəliyərək (87) bizi qabaqlayıb.

Siyahıya yenə də İspaniya millisi başçılıq edir. Almaniya yığması mövqeyini qoruyaraq ikinci, Argentina isə üçüncüdür.

Daha çox


Son xəbərlər