Qurban Qurbanov: “Yeni futbolçu alacağıq”

Qurban Qurbanov: “Yeni futbolçu alacağıq”
ÖLKƏ FUTBOLU 18 Dekabr 2013 / 18:33 4461
-  A +

"Çox sevindirici haldır ki, bu mükafatı qazanıram. Belə mükafatlar bizə həm stimul verir, həm də işimizi çətinləşdirir. Yəni bizi daha məsuliyyətli olmağa sövq edir. Bu adı doğrultmağa çalışacam. Bunun üçün də üzərimizdə çox işləməliyik".

Qol.Az-ın məlumatına görə, 2013-cü ilin ən yaxşı baş məşqçisi seçilən "Qarabağ" klubunun çalışdırıcısı Qurban Qurbanov jurnalistlərə açıqlamasında deyib.

Komandasının qarşıdakı təlim-məşq toplanışı çərçivəsində yanvarın 7-də Antalyaya gedəcəyini deyən Q.Qurbanov yeni futbolçular transfer edəcəklərini bildirib: "Yanvarın 7-də Antalyaya gedəcəyik. Komandadan kimisə göndərmək fikrimiz yoxdur. Əksinə heyətimizi gücləndirmək istəyirik. Komandada futbolçuların sayını artırmağı planlaşdırırıq".

Qeyd edək ki, Qurban Qurbanov İdman Araşdırmalar Mərkəzi (İAM) tərəfindən həyata keçirilən layihə çərçivəsində idman jurnalistləri arasında aparılan sorğunun nəticəsinə əsasən 2013-cü ilin ən yaxşı baş məşqçisi seçilib.

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır