Ermənistan yığmamızın qrupundan çıxarıldı

Ermənistan yığmamızın qrupundan çıxarıldı
ÖLKƏ FUTBOLU 18 Dekabr 2013 / 16:02 4014
-  A +

19 yaşadək futbolçulardan ibarət komandalar arasında 2015-ci ildə təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin 4-cü qrupunun tərkibində UEFA-nın qərarına əsasən dəyişiklik edilib.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, müvafiq yaş qrupundan ibarət Azərbaycan yığmasının mübarizə aparacağı bu qrupdan Ermənistan yığması çıxarılıb.

Bu komandanın əvəzinə 4-cü qrupda Sloveniya yığması mübarizə aparacaq.

Beləliklə, 2014-cü il noyabrın 10-dan 15-dək Macarıstanda keçiriləcək ilkin seçmə mərhələdə yığmamız Slovakiya, Macarıstan və Sloveniya komandaları ilə mübarizə aparacaq.

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır