"Foqtsun vəzifəsində qalması ilə bağlı onu deyə bilərəm ki, xeyirli olsun, bu qərar millimizə uğur gətirsin. Onunla müqavilənin artırılması gözlənilən idi".
Qol.Az saytına açıqlamasında bu sözləri Azərbaycanın əməkdar məşqçi Ağasəlim Mircavadov bu gün AFFA İcraiyyə Komitəsinin Betti Foqtsla daha iki illik müqavilə imzalanması barədə qərarını şərh edərkən bildirib.
Təcrübəli mütəxəssis AFFA-nın məşqçi seçimini daha yüksək qiymətləndirdiyini bildirib: " Məni əsas sevindirən odur ki, Foqtsun köməkçiləri Mahmud Qurbanov və Aslan Kərimov oldu. Bunlar yerli məşqçilərimizdir, öyrənmək istəyirlər. Hər ikisi mənim tələbələrim olub, rəhbərliyim altında çox oynayıblar. Onları hərtərəfli tanıyıram. Kollektivi sevən insanlardır. AFFA köməkçi məşqçi seçimində çox ağıllı qərar verib. Onların da vaxtı çatanda baş məşqçi işləyə bilərlər. Özüm işləyəndə də yerli, cavan məşqçilərdən istifadə etmişəm”.
Milli komandamızın sabiq baş məşqçisi qeyd edib ki, artıq Foqtsun öz postunda qalmağı məsələsi deyil, bundan sonra nələr edəcəyi müzakirə olunmalıdır: "Foqts artıq millimizdə qaldı. İndi bundan sonrakı işlərdən danışmaq lazımdır. Milli komandanın çalışdırıcısı klubların baş məşqçiləri ilə sıx əlaqədə olmalıdır. Yığmanın oyunçularının vəziyyətini onlardan soruşmalıdır. İstərdim ki, Foqts yerli çempionatın bütün oyunlarını izləsin. Öz klubunda zəif oynayan futbolçunu milliyə çağırmaq düzgün deyil. Oyunçunun əsas işi klubunda görünür. Bunun üçün də artıq Foqts Azərbaycanda yaşamalı və oyunları izləməlidir. Hansı ölkədə işləyirsənsə, ora sənin evin olmalıdır. Bunun başqa qaydası yoxdur. Foqts bildirib ki, Azərbaycan millisi 2016-cı ildə keçiriləcək Avropa çempionatında iştirak edə bilər. Əgər bu sözləri deyibsə, indi onu həyata keçirmək üzərində işləməlidir. Bunu hansı üsulla edəcəksə, bu, onun öz işidir. Avropa çempionatının püşkü atılandan sonra şansımızı dəyərləndirmək olar. Ancaq onu deyim ki, son seçmə mərhələdə topladığımız 9 xal bizi aldatmamıldır. Yəni 9 xalla Avropa çempionatına getmək üçün heç nə etmək olmaz".
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı