Syomin: "Neftçi" və "Qarabağ"dan zəifik”

Syomin: "Neftçi" və "Qarabağ"dan zəifik”
ÖLKƏ FUTBOLU 15 Dekabr 2013 / 21:00 3472
-  A +

“Çox maraqlı, qol epizodları ilə bol oyun oldu. Futbolçularıma iradım yoxdur, səhvlərimizi nəzər almasaq, ümumilikdə yaxşı oynadıq".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ" klubunun baş məşqçisi Yuri Syomin "Neftçi" ilə oyundan (1:2) sonra keçirilən mətbuat konfransında deyib.
 
Rusiyalı mütəxəssis hakimin bəzi qərarları ilə razılaşmağını bildirib. Bununla belə o, rəqibi qələbəyə layiq hesab edib: "Hakimin son dəqiqələrdə təyin etdiyi cərimə zərbəsi mənim üçün aydın olmadı. Hakimlərin bəzi qərarları qəribə görünürdü. Qalib gələn komanda qələbəyə layiqdir. Oyun gərgin keçdiyi üçün 90 dəqiqə ayaq üstə idim. Həm “Neftçi”yə, həm də “Qarabağ”a məğlub olmuşuqsa, deməli, onlardan zəifik”.

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq