“Qarabağ”a məğlub olduqdan sonra mənə böyük təzyiqlər oldu"

“Qarabağ”a məğlub olduqdan sonra mənə böyük təzyiqlər oldu"
ÖLKƏ FUTBOLU 15 Dekabr 2013 / 20:55 3734
-  A +

“Qələbə həmişə yaxşıdır. Bir tərəf qalib gələndə, digəri məğlub olur. “Qarabağ”a məğlub olduqdan sonra mənə böyük təzyiqlər oldu. Amma rəhbərlik mənə dəstək oldu, buna görə minnətdaram".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi" klubunun baş məşqçisi Nazim Süleymanov "Qəbələ" ilə oyundan (2:1) sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli baş məşqçi qeyd edib ki, qələbəyə laqiq olan tərəf məhz "Neftçi" olub: "Futbol əzmkar mübarizədir, çox gözəl oyun oldu. Rəqib komanda da gözəl oyun nümayiş etdirdi. Hakimliklə bağlı hər hansı məqamları qeyd etmək istəmirik, lakin müəyyən məqamlar var. Bu gün qələbəyə layiq idik, bunu oyunumuzla sübut etdik. İqor Mitreski “Qarabağ”la oyunda buraxdığı səhvlərə görə bu gün əsas heyətdə yox idi”.

Daha çox


Son xəbərlər