Pantiç: "Qarabağ" kimi komandanı məğlub etmək üçün..."

Pantiç: "Qarabağ" kimi komandanı məğlub etmək üçün..."
ÖLKƏ FUTBOLU 15 Dekabr 2013 / 17:00 3146
-  A +

“Futbolçularımı təbrik edirəm. Bizim üçün çox vacib qələbə oldu. Çempionatın lideri ilə qarşılaşdıq və qalib gəldik".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Bakı" klubunun baş məşqçisi Milinko Pantiç "Qarabağ"la oyundan (2:1) sonra keçirilən mətbuat konfransında deyib.

Serbiyalı mütəxəssis "Qarabağ" üzərində qələbəni belə şərh edib: “Qarabağ” kimi komandanı məğlub etmək üçün imkanlarından 150 faiz istifadə etməlisən. Oyunçularım yaxşı mübarizə apardı, bəziləri isə zədələndi. Komandama bu oyunda mübarizə aparmağı, gəzərək oynamamağı dedim. Rəqib üzərində basqı, qələbə istəyi olmalıdır. Komanda verilən tapşırıqları yeinə yetirdi. Məni narahat edən əsas məqam asanlıqla qol buraxmağımızdır. Son vaxtlar qapımızdan bu cür qollar buraxırıq".

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq