Azərbaycan milli komandasının və “Neftçi” klubunun yarımmüdafiəçisi Elmar Baxşıyevin Qol.Az saytına müsahibəsi
- “Neftçi” bu çempionatda adına layiq oyunlar göstərə bilib?
- Məncə, yox. Çünki hazırkı yerimiz məni və komanda rəhbərliyini narahat edir. Əslində “Neftçi” liderlər sırasında olmalı idi.
- Komandanızın zəif çıxışında daha çox futbolçular günahkardır, yoxsa məşqçilər?
- Əslində həm futbolçular, həm də məşqçilər günahkardır.
- Bunu necə başa düşmək olar? Rəşad Sadıqov, Elnur Allahverdiyev, Georgi Adamiya, Aleksandr Çertaqanov və digər futbolçuların komandadan kənarlaşdırılmasının əleyhinəsiniz?
- Yox, mən meydanda mübarizə aparan oyunçuları nəzərdə tuturdum. “Neftçi”dən ayrılan əsas oyunçulara gəldikdə isə, məşqçinin istəyənə qarşı çıxmaq olmaz. Bu gün mən də «Neftçi»dən gedə və ya çıxarıla bilərəm. Amma kim istəyər ki, aparıcı futbolçularını itirsin? Gərək hər iki tərəf razılığa gələydi.
- Gedenin gəncləşdirmə siyasətinə münasibətiniz necədir?
- O, gəncləşdirmə siyasəti aparmır. Sadəcə, əlacsızlıqdan gənc futbolçulara şans verdi. Düzdür, alman çalışdırıcı “Neftçi”nin gələcəyi üçün gənc və perespektivli futbolçularla əməkdaşlıq edir. Amma premyer-liqada onların hamısına şans verməsi futbolçunun yoxluğundan irəli gəlirdi. Elə azyaşlı futbolçu var ki, o, daha yaxşı təsir bağışlayır. Bax, onları Gedenin kəşvi saymaq olar.
- Həmin futbolçuların adını deyə bilərsən?
- Bu, düzgün alınmaz.
- “Neftçi” ikinci dövrədən nə gözləyir?
- Komandanın məqsədi ölkə kubokunu qazanmaqdır. Əsas istəyimiz bu olacaq. Amma kuboku qazanmaq bizim üçün çətin olacaq.
- Bunun üçün rəhbərlik hansı planlar cızır?
- Bu barədə sizə konkret cavab verə bilməyəcəyəm. Çünki bununla rəhbərlik maraqlanır.
- Yığma komandanın builki çıxışlarını necə qiymətləndirərdin?
- Nə pis, nə də yaxşı. Komanda gənclərdən təşkil olunub.
- Millinin müsbət tərəfi nədədir?
- Daha çox gənc oyunçuların yer almasında. Bu, çox yaxşı haldır. Təcrübəli futbolçularla gənclərin sintezi çox yaxşı alınır.
- Səncə, komandamız qrupda neçənci yeri tutacaq?
- Bunu demək çətindir. Amma əminəm ki, səfərdə Lixtenşteynə və evdə Uelsə qalib gələcəyik.
- Yığmanın müdafiə xəttindən fərqli olaraq, hücumda qol vuran futbolçu yoxdur...
- Doğrudur, müdafiə daha yaxşı çıxış edir. Ümumiyyətlə, bizə hər mövqedə oyunçu lazımdır. Bu səbəbdən hücum xəttinin zəif olduğunu demək düzgün deyil.
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video
Kloppdan gözlənilməz məğlubiyyətə münasibət
Çimərlik güləşində tarixi uğur
İsrail - İrlandiya matçında diqqətçəkən etiraz
Ronaldo 18 il sonra ilk dəfə...
"Daha yaxşı "Qəbələ" görəcəyik" - Yeton Bekiri
Almaniya uduzdu, Niderland və Portuqaliyadan qələbə
"Bizim üçün göz oxşayan matç deyildi" - Edqaras Yankauskas
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki