UEFA-dan "Qarabağ"a 540 min avro

UEFA-dan "Qarabağ"a 540 min avro
ÖLKƏ FUTBOLU 12 Dekabr 2013 / 19:19 5208
-  A +

Azərbaycan klublarının cari mövsüm üçün avrokuboklarda çıxışı ilə əlaqədar UEFA-dan AFFA-ya 1 milyon 415 min avro köçürülüb.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu vəsait 2013-2014-cü il mövsümündə qitə miqyaslı yarışlarda çıxış etmiş 4 klubumuz arasında bölüşdürülüb.
 
“Neftçi”yə ölkə çempionu olduğu üçün 200 min, Çempionlar Liqasının II təsnifat mərhələsində çıxış etdiyinə görə 175 min, “İnter” və “Xəzər Lənkəran” Avropa Liqasının 2-ci təsnifat mərhələsində mübarizə apardığı üçün hər iki kluba 250 min, “Qarabağ”a isə Avropa Liqasının “pley-off” mərhələsində iştirak etdiyinə görə 540 min avro ayrılıb.

Daha çox


Son xəbərlər