"Qarabağ" klubunun direktoru Əmrah Çəlikəl Qol.Az saytına müsahibə verib. Klub rəsmisi "Neftçi" üzərində qələbədən və "Qarabağ"ın qış hazırlıq planından danışıb
- Əvvəlcə komandanızın "Neftçi"yə qalib gəldiyi oyun (3:1) haqda fikirlərinizi öyrənmək istərdik.
- Əlbəttə, sevindirici haldır ki, biz ölkə çempionuna qalib gəldik. Qələbə qazanacağımıza inanırdıq. Çox maraqlı bir oyunun şahidi olduq. Düşünürəm ki, oyun "Qarabağ"ın tam üstünlüyü şəraitində keçdi. Hesaba nəzər salanda da bunu görmək olar. Çox sevincliyik, ancaq bu, adi bir çempionat oyunu idi. Sadəcə üç xal qazandıq. Qış fasiləsinə qədər bizi daha iki çətin oyun gözləyir.
- "Qarabağ"ın qış hazırlıq planı haqda məlumat almaq istərdik.
- Yanvar ayının 6-da komandamız təlim-məşq toplanışı üçün Antalyaya yollanacaq. Baş məşqçinin planına uyğun olaraq 21 günlük təlim olacaq. Təbii ki, bir neçə yoldaşlıq oyunun keçirilməsi də hazırlıq planına daxildir. Hələlik rəqiblər bilinmir. Məskunlaşacağımız oteldə də bir neçə komanda olacaq ki, onlarla da oynamaq üçün danışıqlar aparılır.
- Bilirik ki, "Qarabağ" futbolçu axtarışındadır. Bəyənilən, yaxın günlərdə baxışa çağırılası oyunçular varmı?
- Təbii ki, hər zaman axtarışlarımız davam edir. Ancaq hazırda komandaya cəlb etmək istədiyimiz bir futbolçu yoxdur.
- "Qarabağ"la müqaviləsi qışda başa çatacaq futbolçu varmı?
- Xeyr.
- Hansısa futbolçu ilə yolları ayırmaq planınız var?
- İnanmıram ki, göndəriləcək futbolçu olsun. Çünki bununla bağlı baş məşqçi bizimlə görüş keçirməyib.
- Bir müddət əvvəl "Qarabağ"ın yarımmüdafiəçisi Reynaldoya Bundesliqa klubundan təklif gəlməsi ilə bağlı xəbərlər dolaşırdı. Bu xəbər nə dərəcədə doğru idi və hazırkı uğurlu çıxışlarına görə braziliyalı futbolçu üçün "Qarabağ"a müraciət edən olubmu?
- Belə xəbərlər həmişə yayılır. Bunlar futbolçunun motivasiyasına təsir edir. Reynaldo "Qarabağ"a çox yaxşı uyğunlaşıb. Onun petensialına bələdik. Buna görə də onu komandamıza gətirmişik. Ancaq ona hanısa klubdan təklif gəlməyib. Əgər təklif olarsa, onun gələcək karyerasını nəzərə alıb qərar qəbul edəcəyik. Çünki o, gənc futbolçudur. Tək Reynaldo yox, digər futbolçularımız haqda da belə xəbərlər yayılır. Düzü, biz bundan narahatıq. Yaxşı çıxış edən, klubla heç bir problemi olmayan, müqaviləsi davam edən futbolçulara həmişə belə təsir göstərirlər. Transfer məsələləri klub rəhbərliyi səviyyəsində həll olunmalıdır. Nəinki Reynaldo, "Qarabağ"ın heç bir futbolçusuna başqa klubdan təklif gəlməyib.
- Başa çatmaqda olan 2013-cü ili komandanız üçün uğurlu hesab etmək olar?
- Həmişə hədəflərimiz yüksək olub. Bu il biz Avroliqanın pley-off mərhələsinə qədər yüksəldik. Hazırda isə komandamız çempionatın lideridir. Bilirik ki, bu mövqeyi qorumaq daha çətindir. 2014-cü ildə mübarizə daha da çətinləşəcək. Ancaq inanırıq ki, sonda sevinən tərəf biz olacağıq.
- "Qarabağ" həmişə çempionluğa iddialı olub. Bu il isə çoxları "Qarabağ"ı çempionluğa ən real namizəd hesab edir. Siz, komandanız haqda nə düşünürsünz?
- Əlbəttə ki, "Qarabağ" həm rəhbərliyi, həm də futbolçuları ilə çempionluğa layiqdir. Həm Avropada, həm çempionatdakı oyunlarımız bunu deməyə əsas verir. Biz də klub olaraq çempionluq üçün çalışırıq, vaxtımızı buna sərf edirik, baş məşqçi ilə daima bu məsələni müzakirə edirik. Hər il bizim çempionluq şansımız çox olur. Onu da nəzərə almaq lazımdır ki, tək "Qarabağ" yox, ümumilikdə Azərbaycan futbolu inkişafdadır. Bütün komandalarda səviyyəli futbolçular var. Ona görə də getdikcə çempion olmaq da çətinləşir. Təbii ki, bütün bunlarla ayaqlaşmaq üçün biz də lazımi transferlər edəcəyik. Çünki hədəfimiz çıxdandır gözlədiyimiz çempionluqdur.
Ramiq AĞAMƏMMƏDOV
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı