UEFA Çempionlar Liqası və Avropa Liqasında növbəti püşkatma mərasiminin vaxtını açıqlayıb.
Qol.Az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü dekabrın 16-da atılacaq.
İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Reqlamentə əsasən qrup mərhələsinin qalibləri ikinci pillənin sahibləri ilə qarşılaşacaq. Lakin püşk zamanı eyni ölkədən olan komandaların üzləşməsinə şərait yaradılmayacaq.
Avropa Liqasının 1/16 final mərhələsinin püşkü də həmin gün keçiriləcək. Lakin qitənin ikinci dərəcəli turnirinin püşkü ÇL-dən bir saat sonra, Bakı vaxtı ilə saat 16:00-da atılacaq. Burada qrup qalibləri və Çempionlar Liqasından gələn ən yaxşı 4 komanda səpələnmişlər səbətində yer alacaq. Çempionlar Liqasının qrup mərhələsində 3-cü yeri tutmuş digər 4 komanda isə Avroliqanın qrup ikinciləri ilə səpələnməmişlər səbətində qərarlaşacaq.
Qeyd edək ki, hər iki turnirdə qrup qalibləri ilk oyunlarını səfərdə keçirəcəklər.
"Liverpul"da qala bilər
"Tottenhem"dən "Portu"ya
“Sabah” yeni oyunçu alır
"Zirə"ni liderliyə yüksəldən matçından - Video
"Həmin qol olmasaydı..." - Yuri Vernidub
Tovuzlu azarkeşlər Berdıyevi istefaya səslədilər - Video
"Beşiktaş" onu göndərdi
"Zirə" "Neftçi"yə qalib gəldi, lider oldu
“Real” “Malaqa”nı darmadağın etdi
"Kəpəz"in doğma meydana qayıdış qələbəsindən - Video
"İstefa çağırışları məni narahat etmir" - Kurban Berdiyev
3 il gözlədi, geri dönüşünü qolla qeyd etdi
Benzema ərəb klubundan gedir?
“Çelsi” 7 qolluq matçdan qalib ayrıldı
“Zirə” - “Neftçi” matçının heyətləri açıqlandı
Mahir qol vursa da, komandası uduzdu
Azarkeşlər etiraz etdi, transfer danışıqları dayandırıldı
“Arsenal”dan “Barselona”ya keçə bilər