Nazim Süleymanov "Qarabağ"a məğlubiyyətdən danışdı

Nazim Süleymanov "Qarabağ"a məğlubiyyətdən danışdı
ÖLKƏ FUTBOLU 8 Dekabr 2013 / 20:44 6060
-  A +

“Oyun pis alınmadı, hər iki komanda hücumlar təşkil etdi. İlk qolda diqqətsiz oynadıq, rəqib əks-hücumda qapımıza qol vurdu. İkinci qolda da eyni hal təkrarlandı. Üçüncü qolu isə 11 metrlik cərimə zərbəsindən buraxdıq".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi" klubunun baş məşqçisi Nazim Süleymanov "Qarabağ"la oyundan (1:3) sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis hakimin "Neftçi"nin qapısına təyin etdyi penalti qərarına da münasibət bildirib. Qeyd edib ki, rəqib güclü oyunu sayəsində layiqli qələbə qazanıb: "Qayda pozuntusu olmasa idi, hakim penalti təyin etməzdi. “Qarabağ”ın həm əsas, həm də ehtiyat qüvvəsi yaxşı futbolçulardan təşkil olunub. Ernest Nfor oyuna sonradan daxil olanda daha effektiv olur, bu dəfə də pis alınmadı. Futbolçunun fikri 90 dəqiqə ərzində meydanda olmalıdır. Futbolçu səhv edə bilər, amma nəticəyə təsir edən səhv olmamalıdır”.

Daha çox


Son xəbərlər