Qurban Qurbanov: "Belə oyunların olması hamımızın xeyrinədir"

Qurban Qurbanov: "Belə oyunların olması hamımızın xeyrinədir"
ÖLKƏ FUTBOLU 8 Dekabr 2013 / 20:32 3938
-  A +

“Fikrimcə, hamınız komandaların oyunundan razı qaldınız. Yaxşı oyun oldu".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Neftçi" ilə oyundan (3:1) sonra keçirilən mətbuat konfransında deyib.


O, qeyd edib ki, rəqib yaxşı futbolçulardan ibarət komanda olsa da, "Qarabağ" daha çox qol imkanları yaradıb: "“Neftçi” təcrübəli futbolçulardan təşkil olunmuş komandadır. Çoxlu qol epizodunu boşa verdik. Çempionatımızda gərgin mübarizə gedir. Bu cür oyunların olması hamımızın xeyirinədir. İlk oyunda komandalar qapalı oyun göstərmişdi. Bu gün isə hər iki komanda qalib gəlmək istəyirdi, buna görə açıq futbol oynadıq”.

Daha çox


Son xəbərlər