"Xəzər Lənkəran" klubunun vitse-prezidenti Tuyqun Nadirov mənim rəhbərlik etdiyim futbolpress.az saytına qarşı qeyri-adekvat bir yol tutub. Mən həmişə klubları tənqid atəşinə tutmuşam. "Xəzər Lənkəran" da həmin klublardan biridir. Yazdığım tənqidlərin də çoxu düz çıxır. Tuyqun Nadirovun pulunun çox olması o demək deyil ki, bizim sayta təsir edə bilər".
Qol.Az saytına açıqlamasında bu sözləri fəaliyyətini müvəqqəti olaraq dayandıran futbolpress.az saytının baş redaktoru Elçin Cəlilov deyib.
O qeyd edib ki, rəhbərlik etdiyi saytı hazırda fəaliyyət göstərə bilmir, vəziyyət kritikdir: “Bütün bunların səbəbkarı isə "Xəzər Lənkəran" klubunun vitse-prezidenti Tuyqun Nadirovdur. Hamı bilir ki, hazırkı idman saytlarının əsas gəlir mənbəyi klubların reklamındandır. Tuyqun Nadirov bu yaxınlarda "Neftçi" klubunun prezidenti Sadıq Sadıqova zəng edərək deyib ki, Elçin Cəlilovun rəhbərlik etdiyi sayt Rövnəq Abdullayevi tənqid edir, siz onlara niyə reklam verirsiniz? Biz onların reklamını kəsmişik, siz də kəsin! Bu insanın çirkin niyyətinə baxın. Yaxşı ki, onun bu niyyəti mənə tez məlum oldu. Tuyqun Nadirov AFFA-nın baş katibi Elxan Məmmədova da Rövnəq Abdullayevi tənqid etdiyimizi deyib. Mən "Neftçi" klubuna bildirdim ki, Tuyqun Nadirovun çirkin niyyətini ortaya çıxarmaq üçün onunla üzləşməlisiniz. Onlar da bununla razılaşdılar. Ancaq Tuyqun Nadirov bu məsələdən qaçır. Hazırda bizim saytın fəaliyyətinin dayandırılmasının səbəbkarı da Tuyqun Nadirovdur. Ancaq mətbuata yalan açıqlama verir ki, guya bundan xəbəri yoxdur. Dəfələrlə Tuyqun Nadirova zəng edib bildirmişəm ki, gəlsin, bu məsələni aydınlaşdıraq. Ancaq o, görüşdən qaçır. Onu da qeyd edim ki, bundan öncə də Tuyqun Nadirovun sifarişi ilə bizim sayta xaker hücumu olmuşdu".
Elçin Cəlilov məsələ ilə bağlı "Xəzər Lənkəran" klubunun rəhbərliyinə də müraciət etdiyini bildirib: "Xəzər Lənkəran" klubunun fəxri prezident Mübariz Mənsimova və prezidenti Mais Mənsimova məktubla müraciət etmişəm ki, Tuyqun Nadirovun fəaliyyəti ciddi araşdırılsın. Dörd ildir ki, ədalətli mövqeyi ilə fəaliyyət göstərən futbolpress.az saytının fəaliyyətinin dayandırılmasının səbəbkarının Tuyqun Nadirov olduğunu hesab edirəm və buna görə "Xəzər Lənkəran" klubunun rəhbərliyindən izahat tələb edirəm".
Elçin Cəlilov onu da əlavə edib ki, qeyd edilən bütün məsələlər həlllini tapmasa, futbolpress.az saytı fəaliyyətini davam etdirə bilməyəcək: "Bizim "Neftçi" və "Qarabağ"la reklam müqaviləmiz var idi. Hələ bu hadisələr baş verməmiş, yəni sentyabrın axırında "Neftçi" ilə reklam müqaviləmiz bitib. Yeni müqavilə bağlanmaq ərəfəsində isə bu söhbət açıldı. Tuyqun Nadirovun danışığından belə çıxır ki, guya bu oyunu "Neftçi" tərəfi qurub. Ancaq "Neftçi"nin əlində faktlar var. Əgər faktlar varsa, niyə Tuyqun Nadirovun yalanını isbat etmir? Mən prinsipiallığımı davam etdirəcəm. Tuyqun Nadirovun bütün ittihamlarının yalan olduğu sübuta yetirilib. Yaxın günlərdə saytın faəliyyətini bərpa etməyə çalışacam".
Fransadan yarımfinala ciddi hazırlıq
"Arsenal"dan "Beşiktaş"a keçə bilər
"Barselona"nın zədəli futbolçusundan xəbər var
İran baş məşqçi ilə bağlı qərarını açıqladı
"Nyukasl" millinin ulduzuna göz dikdi
Afrika Kubokuna ev sahibliyi etməyə hazırlaşırlar
"Real" məşqçisini göndərir
"Barselona" onunla yollarını ayırır
"Şəfa"dan yeni transfer
"Everton"a məşqçi kimi qayıtmağa hazırlaşır
DÇ-də artıq 64 ölkənin mübarizə aparacağı gözlənilir
İspaniya ilə matçı buraxa bilərlər
"Əla iş gördünüz, Bellinqem və hakim!"
Kurtua mövsümün startını buraxa bilər
Messidən daha bir dünya rekordu
A seriyasına yüksəldilər, baş məşqçi ilə müqavilə uzadıldı
"Çelsi"nin futbolçusu "Sportinq"ə keçdi
"Qarabağ"dan ayrıldı, yenidən icarəyə göndərildi
Mundiallarda bunu bacaran ilk komanda oldular
Bakıda möhtəşəm boks gecəsi - Şəkillər
"Hakimin qərarını heç cür başa düşə bilmirəm" - Murat Yakın
Skaloni çatışmazlıqları gizlətmədi
DÇ-2026: bombardirlər siyahısındakı son durum
Argentinanı yarımfinala yüksəldən qələbə - Video
“Qarabağ” Nihad Mujakiçin transferini bitirir
Seneqal millisinin baş məşqçisi göndərildi
112-ci dəqiqədə qol vuran futbolçu matçın ən yaxşısı seçildi
Tuhel yarımfinala çıxan komandasının oyununu tənqid etdi
DÇ-2026-da yarımfinal cütləri müəyyənləşdi
Argentina yarımfinalda - Yenilənib
İngiltərəni finala yaxınlaşdıran qələbə - Video
Dubl etdi, matçın ən yaxşısı seçildi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Norveç - İngiltərə: Heyətlər
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?
Vozinya Messinin komanda yoldaşı ola bilər
DÇ-2026-nın iştirakçısı olan futbolçu dünyasını dəyişdi