Azərbaycan kubokunun 1/8 final mərhələsində birinci divizion təmsilçisi "Araz Naxçıvan" "Simurq"a qalib gələrək növbəti mərhələyə yüksəldi. Pelaltilər seriyasında həlledici qolu vuraraq komandasına qələbə qazandıran kapitan Emin İmaməliyev Qol.Az saytına müsahibəsində bu görüş haqda və digər sualları cavablandırıb
- Əvvəlcə "Simurq"la oyun haqda fikirlərini bilmək istərdik.
- Premyer Liqa oyunlarından "Simurq"a bələd idim. Bilirdim ki, bu komandanın öz dəsti-xətti var. Buna görə də oyuna ciddi hazırlaşmışdıq. Ancaq rəqibdən çəkinmirdik. İstədiyin kimi hazırlaşsan, hər bir rəqibə qarşı oynamaq olar. Futbolçularımıza çox sağ ol deyirəm ki, sona qədər mübarizə apardılar, məşqçilərin verdiyi tapşırıqları tam olaraq yerinə yetirdilər. Oyun ərzində iki dəfə məğlub duruma düşsək də, bizdə inam hissi oyandı, əzmkarlıq göstərib son anda hesabı bərabərləşdirdik. Penaltilər seriyasında isə futbolçularımız təmkinli oldu və qapıya zərbələri daha dəqiq yerinə yetirdik. Sevinirik ki, əziyyətimiz hədər getmədi.
- Oyunun nəticəsi çoxları üçün sürpriz oldu. Səncə, bunu sensasiya saymaq olar?
- Bizim mətbuatda həmişə belə nəticəni senssiya adlandırırlar. Ancaq mən bunu sensasiya saymıram. Türkiyə kubokunda da bütün lider komandalar - "Fənərbaxça", "Beşiktaş" və "Trabzonspor" uduzub mübarizəni dayandırdı. "Simurq"a qalib gəlməklə sübut etdik ki, təsadüfən birinci divizionun lideri deyilik. Qələbəni ürəkdən istəyirsənsə, Allah onu sənə bəxş edir.
- Uzun illər Premyer Liqada çıxış etmiş futbolçu kimi birinci divizionda oynamaq sənə çətin deyil?
- Əvvəl düşünürdüm ki, mənim üçün çətin olacaq. Birinci divizionun 1-2 oyununa baxıb görmüşdüm ki, komandalar zəifdi. Ancaq bu mövsüm birinci diviziona maraq böyükdür. Ən azından 6-7 komanda var ki, hər oyunda bizə çətinlik yaradır. Çünki əvvəlki illərdən fərli olaraq, bu mövsümün sonunda iki komanda yüksək liqaya vəsiqə qazanacaq. Düzdü, Premyer Liqa ilə burada fərq var. Ancaq birinci divizionun belə maraqlı keçəcəyini gözləmirdim.
- Həm kubok, həm də birinci divizion oyunlarında uğurlu nəticələri davam etdirməyə "Araz Naxçıvan"ın gücü çatacaq?
- Bacardığımız qədər irəli gedəcəyik. Niyə də bunu bacarmayaq? Uzun illərdir Naxçıvan futbolsuz qalmışdı. Ona görə də "Araz Naxçıvan"ın nəticə verməyi çoxları üçün gözlənilməzdir. Bizi sevindirir ki, 5-6 ayın komandası belə nəticələr qazanır. İstək olan yerdə nəticə də olacaq.
- Kubokda növbəti rəqibiniz "Xəzər Lənkəran" oldu. Bu qarşılaşma sizi daha çox düşündürür, yoxsa, birinci divizion oyunları?
- "Simurq"la oyunda da çoxları rəqibi favorit sayırdı. Ancaq sonda biz qalib gəldik. Bilirik ki, "Xəzər Lənkəran"la oyun daha ağır olacaq. Çünki bu dəfə iki oyundan ibarət olacaq. Həmin oyuna hazırlaşmağa vaxtımız çoxdur. Qarşıda çətin oyunlarımız var. Bunlardan yaxşı nəticə qazanıb istirahətə yollanmalıyıq. İkinci dövrə isə daha çərin və maraqlı olacaq. "Xəzər Lənkəran"la kubok oyununu da unutmuruq.
- "Araz Naxçıvan" hazırda liderdir və Premyer Liqaya vəsiqə qazanmaq şansı daha çoxdur. Komandanız yüksək liqada oynamağa hazırdı?
- Yəqin ki, klub rəhbərliyi və məşqçilər korpusu komandaya yeni futbolçular cəlb etmək haqda düşünür. Məncə, ən azından 4-5 futbolçu alınacaq. Bununla da ikinci dövərədə daha güclü olacağıq. Belə olan halda əlbəttə, biz də Premyer Liqada oynaya bilərik.
- Topaz Premyer Liqasının gedişi haqda nə deyə bilrsən?
- İmkan olanda bütün oyunlara baxıram. Xallarına və göstərdiyi oyuna baxanda "Qarabağ", "Neftçi" və "Qəbələ"ni çempionluğa əsas namizədlərdən hesab edirəm. "Qəbələ" sona qədər belə mübarizə aparsa, nəsə gözləmək olar. "Qarabağ"ın son iki oyunda heç-heçə etməyi işini çətinləşdirdi.
- "Qarabağ"dan söz düşmüşkən, keçmiş komandan bu tur "Neftçi" ilə vacib oyuna çıxacaq. Bu görüş haqda nə deyə bilərsən? Komandaların şanslarını necə qiymətləndirirsən?
- Bu komandaların oyunu həmişə böyük maraqla qarşılanıb. Həm "Qarabağ", həm də "Neftçi" topla oynamağı sevən komandadır. Çoxları "Neftçi" - "Xəzər Lənkəran" oyununu derbi sayır. Ancaq əsl derbi oyunu "Qarabağ"la "Neftçi" arasında olur. Şansları bərabər görürəm. Hansı komanda bir az ağıllı oynasa, o da qalib gələcək. Əsas odur ki, layiq olan tərəf qələbə qazansın.
Ramiq AĞAMƏMMƏDOV
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı