Bu gün “Xəzər Lənkəran” futbol komandasının yeni baş məşqçisi Mustafa Dənizli ictimaiyyətə təqdim olunub. Türkiyəli mütəxəssis tədbirdə jurnalistlərin suallarını cavablandırıb.
- “Xəzər Lənkəran”a təyinatınız barədə nə deyərdiniz?
- Azərbaycan xalqı ilə görüş yeni həyəcandır. Əlavə sözə ehtiyac yoxdur. Böyüklərimiz “Bir millət, iki dövlət” deyib. Biz də eyni millətin bir parçasıyıq. Bu çalışma fərqli düşüncələri bir araya gətirən çalışma olacaq. Bura gəlmə səbəblərindən ən önəmlisi klub prezidenti və çevrəsini tanımaq, öz təcrübələrimi “Xəzər Lənkəran” klubu və digər ünsürlərlə bölüşdürmək, klubun aşağı yaş qrupu üzrə komandalarını formalaşdırmaqdır. Bu, çox önəmlidir. Mübariz Mənsimovu Türkiyədən tanıyıram. 3 il əvvəl “Beşiktaş”da çalışdığım vaxtdan. Azərbaycan Premyer Liqasında mükafatçılar sırasına düşmək, ölkə kubokunda gedə bildiyimiz yerədək getmək ən qısa müddətli hədəflərimizdir. Legioner limiti və 21 yaşadək 2 futbolçunun əsas heyətdə yer almasını nəzərə alaraq aşağı yaş qruplarına böyük diqqət ayırmalıyıq. Hər iki hədəflə bağlı düşüncələrimizi orta qoyacağıq. Azərbaycan xalqının məmnunluq duyacağı komanda yaratmaq istəyirik. Burada olmaqdan son dərəcə xoşbəxtəm. Bura öz ölkəm kimi yanaşıram. Uzun illərdən sonra ilk dəfə Bakıya gəlirəm. Küçəyə çıxdım, insanlarla sanki çoxdankı kimi tanışam.
- “Xəzər Lənkəran”la ilk oyununuza çıxdınız. Gözlədiyiniz komanda idi?
- Dünənki rəqibimiz “Neftçala” I divizionda mübarizə aparırdı, dəyərli bir rəqib idi. İlk oyunumuzdakı nəticə bizə yaxşı təsir etdi. Dövrələrarası transfer ehtiyac olarsa, ediləcək. Bu xaricdən də, Türkiyədən də ola bilər. Türkiyədə oynamaq şansı əldə etməyənlər varsa və burda adaptasiya prosesi olmayacaqsa, ilk transfer bazarımız Türkiyədən olacaq. Amma mütləq oradan yox. Burda U-21 və 4 azərbaycanlı futbolçunun oynamasını fikirləşməliyik. İlk məqsədimiz qarşıdakı 3 çempionat oyununda yaxşı nəticə qazanmaqdır. Sonra isə proqrama uyğun çalışacağıq.
- Klubun 10 illik tarixi ərzində 11-ci baş məşqçisiniz. Təklifi alarkən, heç maraqlandınızmı ki, klub qısa müddətdə niyə bu qədər baş məşqçi ilə anlaşıb?
- Bu, mənim üçün yad məsələ deyil. Türkiyədə də belə hallar olur. Mən isə ən azı 2 il çalışdım. Bəzilərində ayrılmaqla bağlı ortaq qərarlar da oldu, mənim qərarlarım da. Hər hansı yerdə karyera planlaşdırılması adına narahatlığım yoxdur. Hər yerdə çalışmaqdan necə qürur duyurdumsa, burda da çalışmaqdan eyni dərəcədə qürur duyacağam. İnşallah, mən bu müddəti daha uzun müddətə uzadaram.
- Futbol sürprizlərlə doludur. “Fənərbaxça”nın “Fethiyespor”a yenilməsi sizin üçün sürpriz olmadı?
- Oyundan öncə öz komandamla görüş keçirdim. Onlara dedim ki, dünyanın hər ölkəsində kubok matçları sürprizlərlə zəngin olur. Çünki burada itiriləni bərpa etmək mümkün deyil. “Fənərbaxça”, “Gənclərbirliyi” və ya “Trabzonspor”un Türkiyə Kubokunda yenilməsi konsentrasiya ola bilməmələrindən irəli gəlir. Elə nəticələr olur ki, onu izah etmək mümkün deyil. “Neftçala” ilə oyundan sonra “Fənərbaxça”nın uduzmasını gördükdə, heyrətləndim. Kubokda heç bir nəticə sürpriz deyil. Futbolçularımı bu məsələyə çox diqqətlə yanaşdıqları üçün təbrik edirəm. Türkiyədə 7 Superliqa klubunun ələnməsindən hamı yüngül də olsa, dərs aldı. Bu, hamıya bir dərs oldu. Azərbaycan Kubokunda da I divizion klubu “Araz Naxçıvan” ¼ finala yüksəldi. Futbol hər nəticəyə açıqdır.
- “Xəzər Lənkəran” 6 ildir çempion ola bilmir. Bəs sizə bunun üçün nə qədər vaxt lazımdır?
- Çempionluq qazanmaq asan deyil. Bu, ilk mövsümdəcə də ola bilər, sonrakı mövsümdə də. Mən mövsümün gedişində işə başladım. Bizdən yuxarıdakı komandalarla “Xəzər Lənkəran” arasında xeyli fərq var. Biz fərqi aradan qaldırmaq üçün yalnız qalib gəlməliyik. Qarşıdakı oyunlarda fərqi azaltsaq, qış fasiləsində daha güclü olmaq üçün planlar quracağıq. Çalışdığım dövrlərdə favorit olmadığımız görüşlərdə qalib də gəlmişik, favorit olduğumuz oyunlarda uduzmuşuq da. Ümidvaram ki, yuxarı pillələrə çatacağıq. Biz yalnız öz strategiyamızı müəyyənləşdirəcəyik. Bu, bir həqiqətdir ki, hədəfim ilk “3-lüy”ə düşməkdir. Bura girməyimiz də, bizim üçün çox böyük iş sayılar.
- “Xəzər Lənkəran”la 6 milyon avro qarşılığında anlaşdığınıza dair Türkiyə mətbuatında çıxan xəbərləri necə şərh edərdiniz?
- Bu rəqəmi Türkiyə klubları da verə bilməz. Bu, həqiqət deyil, hamısı yalandır.
- David Loriya və Samat Smakovu gətirəcəyinizə dair xəbərlər doğrudur?
- (Gülür) Bunu ilk dəfədir sizdən eşidirəm.
- 1,5 illik mövcud müqaviləniz başa çatdıqdan sonra artıracaqsınız?
- Futboldakı fəaliyyətim dövründə ən qısa çalışma ötən mövsüm “Rizəspor”da olub. O klubda davam etmək istəyirdim. Amma anlaşa bilmədiyimiz üçün alınmadı. Qalan müqavilələrim ən azı 2 il davam edib. Mən qısamüddətli çalışmanı sevmirəm.
- 2014-cü ildə “Xəzər Lənkəran” 10 illiyini qeyd edir. Bu münasibətlə klub qarşısına titul qazanmağı hədəf qoyub. Çempionluğun çətin tapşırıq olduğunu nəzərə alaraq, əsas diqqəti ölkə kubokuna yönəldəcəyinizi düşünmək olar?
- Klubların tarixində yubileylər önəmli rəqəmlərdir. İnşallah, bu il muzeyimizə bir kubok gətirərik. Bunun Azərbaycan Kuboku və ya çempionluqla bağlı olduğunu düşünürük. Çempionatla bağlı vəziyyətdən danışdım. Amma hazırda ən yaxın hədəf kubokdur. Amma burada kuboku əldə etməyi hamıdan çox mən istəyirəm. Tərəfdarlarımız da, hətta Azərbaycan xalqının da bizə böyük dəstək verəcəyinə inanıram. Azərbaycan insanının qəlbində iz buraxmaq da bir məqsəddir. İnşallah, bunu həyata keçirərik.
- Məşqçi kimi köməkçiləriniz kimlər olacaq?
- Vəzifə dəyişikliyi ola bilər. Bu, normaldır. Amma ayrılma olmayacaq. Hərəsinə nəzərdə tutduğumuz layihə çərçivəsində bir vəzifə veriləcək. Qarşıdakı oyunlardan sonra bu məsələyə dair qərar verəcəyik.
- Komandada daha çox hansı mövqeləri gücləndirməyə ehtiyac duyursunuz?
- Bu məsələyə dair beynimdə müəyyən fikirlər var. Amma hələ yeni başladığımız üçün yanıla bilərəm. Qarşıdakı 3 oyun mənim üçün çox önəmli olacaq.
- Sizcə, Con Toşak kimi Avropada kifayət qədər uğurları olan mütəxəssis niyə “Xəzər Lənkəran”da uğur qazana bilmədi?
- Mən türklərin yaşadığı ölkəyə gəldim. Amma Con üçün belə deyildi. Toşak İngiltərədə də, İspaniyada da uğurlu və uğursuz nəticələr göstərə bilər. Bunları o, yaşadı. Bəlkə klubla, rəhbərliklə problemlər yaşadı, bununla bağlı bir sözüm yoxdur.
- Lənkəranda ləvəngi yediz?
- Bəli, Lənkəran ləvəngisindən yedim. Hər gün yerli mətbəxdən dadıram.
- “Xəzər Lənkəran”ın əzəli rəqibi “Neftçi” ilə oyunlar barədə nə düşünürsünüz?
- Bu rəqabətdən xəbərdaram. Amma hələ “Neftçi” barədə geniş bilgi sahibi ola bilməmişəm. Önəmli rəqabət olduğunu bilirəm. Türkiyədə belə rəqabətləri çox yaşamışam.
Mənbə: Lent.az
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı