Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Qol.Az-ın məlumatına görə, tədbirdə İK Topaz Premyer Liqanın son turunda baş verənlərlə bağlı müvafiq qərarlar çıxarıb.
Topaz Premyer Liqasının XV turunun “Rəvan” – “Qəbələ” matçının 85-ci dəqiqəsində “Rəvan” klubunun 27 nömrəli futbolçusu Rəşad Abdullayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
Topaz Premyer Liqasının XV turunun “Simurq” – “Qarabağ” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.
Topaz Premyer Liqasının XV turunun “Sumqayıt” – “Neftçi” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün kluba 1000 manat cəza kəsilib.
Oyunun 90-cı dəqiqəsində “Sumqayıt” klubunun 4 nömrəli futbolçusu Samir Abbasov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 4000 manat cərimə olunub.
Topaz Premyer Liqasının XV turunun “Xəzər Lənkəran” – AZAL matçında AZAL klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.
Oyunun 56-cı dəqiqəsində AZAL klubunun 20 nömrəli futbolçusu Branislav Arseniyeviç idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, kluba 200 manat cərimə tətbiq olunub.
Oyunun 86-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun 55 nömrəli futbolçusu Ağabala Ramazanov rəqibə qarşı təhqiredici hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub.
"Liverpul"da qala bilər
"Tottenhem"dən "Portu"ya
“Sabah” yeni oyunçu alır
"Zirə"ni liderliyə yüksəldən matçından - Video
"Həmin qol olmasaydı..." - Yuri Vernidub
Tovuzlu azarkeşlər Berdıyevi istefaya səslədilər - Video
"Beşiktaş" onu göndərdi
"Zirə" "Neftçi"yə qalib gəldi, lider oldu
“Real” “Malaqa”nı darmadağın etdi
"Kəpəz"in doğma meydana qayıdış qələbəsindən - Video
"İstefa çağırışları məni narahat etmir" - Kurban Berdiyev
3 il gözlədi, geri dönüşünü qolla qeyd etdi
Benzema ərəb klubundan gedir?
“Çelsi” 7 qolluq matçdan qalib ayrıldı
“Zirə” - “Neftçi” matçının heyətləri açıqlandı
Mahir qol vursa da, komandası uduzdu
Azarkeşlər etiraz etdi, transfer danışıqları dayandırıldı