“Sumqayıt” futbol, yoxsa voleybol klubudur?"

“Sumqayıt” futbol, yoxsa voleybol klubudur?"
ÖLKƏ FUTBOLU 2 Dekabr 2013 / 12:36 2577
-  A +

"Sumqayıt"ın prezidenti Kamran Quliyevin açıqlamaları elə təəssürat yaradır ki, sanki məğlubiyyətə səbəb hakim olub. "Sumqayıt" klubunun vurduğu qola baxmaq kifayət edir".

Bu sözləri Qol.Az-a açıqlamasında Neftçi" klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə deyib.

Topaz Premyer Liqanın 15-ci turu çərçivəsində baş tutan "Sumqayıt" - "Neftçi" oyununda (1:2) baş verənlərə münasibət bildirən klub rəsmisi bu haqda belə deyib: "Sumqayıt"ın qolu əllə vurulmuşdu və bunu hakim qeydə aldı. Bu qədər də olmaz. Başa düşmək olmur, “Sumqayıt” futbol, yoxsa voleybol klubudur? Bəlkə, Nurlan Novruzov Maradona olmaq istəyir?

Erik Ramosun epizodunda penalti təyin olunmalıydı deyənlər, "Sumqayıt"ın vurduğu qola diqqətlə baxsınlar. O ki qaldı Samir Abasova göstərilən qırmızı vərəqəyə futbolçu hakimin onu söydüyünü deyir. Biz Kamran müəllimlə birlikdə oyuna baxırdıq. Kamran müəllim özü də eşitdi ki, Samir Fariz Yusifovun ünvanına hansı söyüşlər işlətdi. O söyüşləri dilə gətirmək belə düzgün deyil".



Son xəbərlər