Dünən 40 yaşını qeyd edən "Mançester Yunayted" klubunun futbolçusu Rayan Qiqqz karyerasını başa vurmaq niyyətində deyil.
Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, uelsli futbolçu oynamağa davam edəcəyini bildirib:
"Ətrafım yaxşı oyunçular və məşqçilərdən qurulan bir komandada oynadığım və karyeram ərzində yalnız "Mançester Yunayted"in formasını geyindiyim üçün çox şanslıyam. Təbii ki, çətin anlarım da oldu. Ancaq hələ də futboldan zövq alıram.
Belə davam edərsə, futbol oynamağa davam edəcəyəm. Çünki hələ də kuboklar qazanmaq istəyirəm. Əgər başqa komandaya transfer olunsaydım, çoxdan karyeramı başa vurardım. Lakin "Mançester Yunayted"də özümə çox yaxşı baxıram. Daima məşq edirəm və ilk "11"liyə düşmək üçün mübarizə aparıram. Gənc futbolçular mənim barədə nə düşünürlər bilmirəm, amma mən 17-18 yaşlarında olarkən 31 yaşlı oyunçulara yaşlı kimi baxırdım. Ancaq hazırda 40 yaşım var və hələ də futbol oynayıram".
Qeyd edək ki, "Mançester Yunayted"in heyətində 953 oyuna çıxan Qiqqz bu komandanın heyətində 168 dəfə rəqib qapılarına yol tapıb.
"Liverpul"da qala bilər
"Tottenhem"dən "Portu"ya
“Sabah” yeni oyunçu alır
"Zirə"ni liderliyə yüksəldən matçından - Video
"Həmin qol olmasaydı..." - Yuri Vernidub
Tovuzlu azarkeşlər Berdıyevi istefaya səslədilər - Video
"Beşiktaş" onu göndərdi
"Zirə" "Neftçi"yə qalib gəldi, lider oldu
“Real” “Malaqa”nı darmadağın etdi
"Kəpəz"in doğma meydana qayıdış qələbəsindən - Video
"İstefa çağırışları məni narahat etmir" - Kurban Berdiyev
3 il gözlədi, geri dönüşünü qolla qeyd etdi
Benzema ərəb klubundan gedir?
“Çelsi” 7 qolluq matçdan qalib ayrıldı
“Zirə” - “Neftçi” matçının heyətləri açıqlandı
Mahir qol vursa da, komandası uduzdu
Azarkeşlər etiraz etdi, transfer danışıqları dayandırıldı