"Rəvan" klubunun müdafiəçi Aqil Nəbiyevin Qol.Az saytına müsahibəsi
- Topaz Premyer Liqanın son turunda "Qarabağ"la qarşılaşdınız və bir xal qazanmağı bacardınız. Bu görüş haqda fikirlərini bilmək istərdik.
- "Qarabağ"la oyun hərtərəfli maraqlı oldu. Turun son oyunu olduğu üçün azarkeşlərin sayı da çox idi. Səfərdə oynadığımıza baxmayaraq, çox istəkli idik, üç xal qazanmaq istəyirdik. Bilirdik ki, bunu bacarmaq çətindir. Çünki "Qarabağ" Azərbaycanın ən güclü komandalarından biridir. Bununla belə əzmkarlığın sayəsində sonda bir xal qazandıq. Düzdü, "Qarabağ" bizdən üstün futbol oynadı, ancaq lider komandadan bir xal almaq bizim üçün yaxşı nəticədir.
- "Rəvan" çempionatda ən çox qol buraxan komandadır. Ancaq "Qarabağ"la oyunda rəqib "Rəvan"ın müdafiəsini yara bilmirdi. Son dövrlərdə komandanızın müdafiə xəttinin gücləndiyini demək olar?
- Əvvəllər də qeyd etmişəm ki, "Rəvan"da ilk oyunumu "Sumqayıt"a qarşı keçirmişəm. Həmin matçda qalib gəlmişdik. Ona qədər isə, komanda ardıcıl ağır məğlubiyyətlər almışdı. Ona görə də komandada ruh düşgünlüyü yaranmışdı. Ancaq şükürlər olsun ki, komandamız müdafiə xəttində etibarlı oyun nümayiş etdirir, futbolçularda istək çoxalıb. Müdafiə tək arxa xətdə qurulmamalıdır. Müdafiə hücumdan başlamalıdır. Ön xəttəki futbolçular fəallıq göstərməsə, güc müdafiəyə düşür, sonda da komanda məğlub olur. Son 7 oyunda komandamız 6 qol buraxıb. Bu da axırıncı pillələrdə olan komanda üçün pis göstərici deyil. Yəni son oyunlarda "Qarabağ", "Bakı" və "Xəzər Lənkəran"dan xal almağı bacarmışıq. Bu da o deməkdir ki, futbolçularımızda istək var. Əslində çempionatda iştirak edən 10 komanda arasında oyun baxımında elə də fərq yoxdur. Sadəcə ustalıq səviyyəsi bizim futbolçulardan üstün olan komandalar var. Biz də əzmkarlıq sayəsində bu fərqi aradan qaldırmağa çalışırıq.
- Yəni problemin komanda şəklində olduğunu demək istəyirsən?
- Futbol kollekyiv oyundur. Komanda hücumda və müdafiəfə kollektiv şəkildə iştirak edəndə hansısa nəticəyə nail olur. Əvvəllər "Rəvan"da komanda şəklində problemlər var idi. İndi isə yaxşı yoldayıq. Belə davam etsək, inanıram ki, qələbələr də gələcək.
- Qış fasiləsi yaxınlaşır, təcrübəli futbolçu kimi komandanızın hansı mövqelərini gücləndirməyə ehtiyac görürsən?
- Yəqin ki, baş məşqçimiz Şahin Diniyev bu haqda fikirləşəcək. Bu gün bizim hər möqeyimizə futbolçu lazımdır. Çünki hər bir oyunda məcbur oluruq ki, əvəzedici heyətdən futbolçu cəlb edək. Hansısa futbolçumuz cəzalı duruma düşəndə və ya zədələnəndə onun yerinə oyunçu buraxmaqda baş məşqçi çətinlik çəkir. Çox güman ki, qış fasiləsində komandaya futbolçular cəlb olunacaq.
- Sabah sizi "Qəbələ" ilə çətin oyun gözləyir. Bu görüş haqda nə düşünürsən?
- Qeyd etdiyim ki, komandaların arasında oyun baxımından elə də fərq yoxdur. "Qəbələ" də Azərbaycanın güclü komandalarından biridir. Hücum xəttində yaxşı oyun sərgiləyirlər. Bu oyun da bizim üçün çətin olacaq. Komandamız neçə vaxtdır ki, qələbəyə həsrətdir. Çalışacağıq ki, sabah bu həsrətə son qoyaq. İnanıram ki, bunu bacaracağıq. Yuxarı pillələrə qalxmaq üçün bizə qələbələr lazımdır. "Qəbələ" ilə turnir cədvəlində xal fərqimiz çox olsa da, inanıram ki, əzmkarlıq sayəsində sabahkı oyunda qalib gələcəyik.
- Ancaq ilk dövrədə "Qəbələ" "Rəvan"a 3:0 hesabı ilə asanlıqla qalib gəlmişdi.
- Zədəli olduğum üçün həmin oyunda iştirak edə bilməmişdim. Bu dəfə öz meydanımızda oynayacağıq. İndi çox istəkliyik. Komandamız düzgün yoldadır, əzmkarlığımız artıb. İnanıram ki, bunun sayəsində sabah qalib gələcəyik.
Ramiq AĞAMƏMMƏDOV
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı