"Neftçi" klubunun vitse-prezidenti Tahir Süleymanov AFFA İntizam Komitəsi "İnter"lə oyunda baş verən hadisələrlə bağlı komandalarının futbolçuları - Flavinyoya iki, Denis Silvaya isə üç oyunluq cəza verməsinə münasibət bildirib.
Qol.Az saytına açıqlamasında o, verilən qərarlarla razılaşmadığını deyib:
"İntizam Komitəsini pis vəziyyətdə qoyurlar. Qanuna söykənərək şablon qərarlar qəbul olunur. İntizam Komitəsinin bugünkü iclasında mən də iştirak etdim. Bir daha "Neftçi" - "İnter" oyunundakı hakim səhvlərinə baxıldı. Komitə üzvləri də bu səhvlərə narazılıqlarını bildirdilər. Təbii ki, bizim futbolçuların cəzalandırılması ilə bağlı verilən qərarlarla razılaşa bilmərik. Xüsusən də Flavinyonun qırmızı vərəqə aldığı epizod hamının gözü qarşısında baş verdi".
T.Süleymanov rəqib futbolçularının daha çox kobudluğa yol verdiyini və hakimin buna göz yumduğunu deyib: "İnter"in 4, 19, 20 və 88 nömrəli futbolçuları bizim oyunçulara qarşı qəddarcasına oynayırdılar. Əsasən də 88 nömrəli futbolçu ikinci hissədə meydanda olmamalı idi. Çünki baş hakim Rəhim Həsənov oyunu obyektiv idarə etsəydi, o, artıq ikinci sarı vərəqə ilə meydanı tərk edəcəkdi. Bunlar baş vermədikdə isə, ikinci hissədə Flavinyoya qırmzı vərəqə göstərildi. Təbii ki, bununla bağlı apelyasiya komitəsinə müraciət edəcəyik və komandanın hüquqlarını sona qədər müdafiə edəcəyik. Bu cür hakim haqsızlıqlarına görə heç bir komanda əziyyət çəkməməlidir. Müvafiq qurumlar hakimlərin bu özbaşınalıqlarının qarşısını almalıdır".
T.Süleymanov "İnter" - "Neftçi" görüşündən sonra baş verən qalmaqala da münasibət bildirib. Qeyd edib ki, bunların da gühanı baş hakim Rəhim Həsənovdadır: "Bütün bu hadisələr baş hakim Rəhim Həsənovun oyunu bərbad, birtərəfli idarə etməsinin nəticəsidir. Qeyd etdiyim kimi rəqibin 88 nömrəli futbolçusu vaxtında meydandan qovulsaydı, ikinci hissədə və oyundan sonra yaşananlar baş verməzdi".
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı