"İnter" klubunun müdafiəçisi Ruslan Əmircanovun Qol.Az saytına müsahibəsi
- Topaz Premyer Liqanın son turunda "Neftçi"yə 3:1 hesabı ilə qalib gəldiniz. Maraqlı keçən oyun haqda fikirlərini bilmək istərdik.
- Milli komandamızın oyunu ilə bağlı yaranan fasilədə öz klubumda məşqlərdə iştirak etməsəm də, "İnter" yaranan bu fasilədən yaxşı istifadə etdi. Komandamız yaxşı hazırlıq keçdi. Fiziki cəhətdən çox yaxşı vəziyyətdəyik. "Neftçi" ilə oyunda da hamı bunun şahidi oldu ki, 90 dəqiqə dayanmadıq. Hesabda irəli olsaq da, oyunun tempini aşağı salmadıq. İndiyə qədər "Neftçi" ilə belə oyunumuz olmamışdı, "İnter" bu dərəcədə yaxşı çıxış etməmişdi. Oyundan əvvəl məşqçimiz bizə bildirmişdi ki, "Neftçi" güclü komanda olsa da, heç nədən çəkinmək lazım deyil. İki ildir "İnter"dəyəm, bu müddət ərzində "Neftçi"ni məğlub edə bilməmişdik. Buna görə də baş məşqçimiz bizə tam fərqli bir taktika vermişdi. Oyunumuzu əsasən pressinq üzərində qurmuşduq. Çünki "Neftçi"nin futbolçularının hamısı fərdi keyfiyyətləri ilə seçilirlər. Bizə tapşırıq verilmişdi ki, rəqibə topla oynamağa imkan verməyik, sərt oynayaq. Bununla da "Neftçi"nin oyun qurmağına mane olurduq. Bu da rəqib futbolçularını özündən çıxarırdı. İlk dəqiqələrdən biz oyuna diqtə etdik və rəqib bizdən çəkinməyə başladı. Nəticədə ilk hissədə mənim ötürməmdən sonra Vaqif Cavadov hesabı açdı. Fasilədə isə baş məşqçimiz bildirdi ki, "Neftçi"yə qalib gəlmək heç də çətin olmayacaq. Çünki biz hücuma keçəndə onların müdafiəsində çox boşluqlar olurdu. İkinci hissədə buraxdığımız qol da qəribə oldu. Bəlkə də Kardozo bundan sonra 50 dəfə başla topa zərbə vura, o şəkildə qapıya daxil olmazdı. Yəni top qapı dirəyinə, sonra da qapıçımız Lomayaya dəyib tora daxil oldu. Fikrimcə, həmin gün biz "Neftçi"dən çox güclü idik.
- Qeyd etdiyin kimi uzun müddətdir ki, "Neftçi"yə qalib gələ bilmirdiniz. Bu oyunda "Neftçi"nin azlıqda qalması qələbənizdə əsas rol oynadı, yoxsa onsuz da "Neftçi"ni üstələyə bilərdiniz?
- Flavinyo ilə iki il "Neftçi"də bir yerdə oynamışıq. Həqiqətən seçilən bir futbolçudur. Ancaq məncə, Flavinyo da meydanda olsaydı, biz qalib gələcəkdik. Çünki həmin gün qələbə istəyimiz, motivasiyamız "Neftçi"dən güclü idi. Hamı bunun şahidi oldu.
- Flavinyonun meydandan qovulduğu epizod haqda nə deyə bilərsən?
- Həmin epizodda bizim futbolçumuz sərt oynasa da, topa zərbə endirmişdi, Flavinyonu vurmamışdı. Flavinyo isə elə bir oyunçudur ki, ona qarşı bir biraz sərt oynayan kimi səbri tükənir, hirsini cilovlaya bilmir. Aşkar görünür ki, Flavinyo bizim oyunçuya dirsəyi ilə zərbə vurur. Baş hakim Rəhim Həsənov isə haqlı olaraq onu meydandan qovdu.
- "Neftçi" tərəfi hakimin idarəçiliyindən gileylənib. Buna münasibətin necədir?
- Bəlkə də "Neftçi" bizə uduzduğu üçün məğlubiyyəti həzm edə bilmir. Ona görə də hakimin səhvlərə yol verdiyini söyləyirlər. Ancaq mən Rəhim Həsənovdan heç bir qeyri-normal qərar görmədim. Əgər mən Flavinyonu vursaydım, hakim mənə qırmızı vərəqə verəcəkdi. Yəni heç bir hakim səhvindən söhbət gedə bilməz. "Neftçi" çox güclü komandadır, Azərbaycan futbolunun flaqmanıdır. Üç il bu komandada oynamışam, oranın çörəyini yemişəm, iki dəfə çempion olmuşam. Ancaq dediyim kimi həmin gün biz çox istəkliydik. Həm də "Neftçi"yə məğlubiyyətlərin əvəzini çıxmalıydıq. Şükürlər olsun ki, qisasımızı aldıq.
- Oyundan sonra dəhlizdə baş verən qalmaqal haqda nə deyə bilərsən?
- Həmin vaxt mən azarkeşlərə tərəf getmişdim. Çünki onlar bizi hər oyunda dəstəkləyirlər. Komandamız udsa da, uduzsa da, bizi sona qədər tək qoymurlar, xətrimizi istəyirlər. Mən də oyundan sonra fanatlara yaxınlaşıdm, onları alqışladım. Dəhlizə yaxınlaşanda isə ara sakitləşmişdi. Mənə də təəccüblü gəldi ki, bu nə söhbətdir? Qışqırtı səsi eşitdim. Bizi tez bir zamanda paltardəyişmə otağına apardılar. Sonra eşitdim ki, ya "Neftçi"nin futbolçusu, ya da mühafizəçisi bizim futbolçunu vurub. Ancaq mən özüm görmədim.
Ramiq AĞAMƏMMƏDOV
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı