Qurban Qurbanov: "İstədiyim kimi hücum futbolu oynaya bilmədik"

Qurban Qurbanov: "İstədiyim kimi hücum futbolu oynaya bilmədik"
ÖLKƏ FUTBOLU 24 Noyabr 2013 / 19:15 3510
-  A +

“Rəqib komandada məşqçi işi görünür. Oyunu müdafiədən qurmuşdular, bu cür komandaya qarşı oynamaq həmişə çətin olur".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Rəvan"la oyundan (0:0) sonra keçirilən mətbuat konfransında deyib.

O, qeyd edib ki, komandası bəzi çatışmazlıqlar üzündən qələbə qazana bilməyib: "Qol epizodlarından istifadə edə bilmədik. Ustalıq səviyyəsi yüksək olan futbolçularımız qol vura bilmədi. Futbolda belə hallar olur. Tam istədiyim kimi hücum futbolu oynaya bilmədik. Hər iki komanda taktiki planda düzgün oyun qurmuşdu”.

Daha çox


Son xəbərlər
29.04.24  12:37

Xavinin yeganə ümidi