"Araz""Dördlər finalı"nda

"Araz""Dördlər finalı"nda
ÖLKƏ FUTBOLU 25 Noyabr 2013 / 00:10 4335
-  A +

Son Azərbaycan çempionu "Araz" bu gün Portuqaliyanın Lissabon şəhərində keçirilən futzal üzrə UEFA kubokunun elit-raundunda növbəti oyununa çıxıb.

Qol.Az-ın məlumatına görə, Joze Alesionun komandası D qrupunun III turunda meydan sahibi olan "Sportinq"lə qarşılaşıb.

Əvvəlki görüşlərdə həm "Araz", həm də "Sportinq" xal itirməyib. Top fərqinin nisbətinə görə isə portuqaliya klubu təmsilçimizi üstələyirdi. Ona görə də "Araz" yalnız qələbə qazanacağı təqdirdə "Dördlər finalı"na çıxa bilərdi ki, bunu da bacarıb. Qarşılaşma "Araz"ın 6:3 hesablı qələbəsi ilə başa çatıb və təmsilçimiz "Dördlər finalı"na yüksəlib. Turun digər oyununda isə "Eyndhoven" "Qyori ETO" ilə üz-üzə gəlib və 2:7 hesabı ilə uduzub.


24 noyabr

UEFA kubokunun elit-raundu

18:30. "Eyndhoven" (Hollandiya) - “Qyori ETO” (Macarıstan) - 2:7

21:00. "Araz" - "Sportinq" (Portuqaliya)
- 6:3
Qollar:
Fabiano, 11 (1:0), Divaney, 12 (1:1), Borisov, 13 (2:1), Amedu, 21 (3:1),  Deo, 22 (3:2), Felipe, 21 (4:2), Aleks, 35 (4:3), Fabiano, 37 (5:3), 39 (6:3) 

Daha çox


Son xəbərlər