Bu gün futzal üzrə UEFA kubokunun elit-raundunda D qruplarının oyunlarına start verilib.
Qol.Az-ın məlumatına görə, turnirdə ölkəmizi Naxçıvanın "Araz" klubu təmsil edəcək.
Son Azərbaycan çempionu ilk turun oyununda Hollandiyanın “Eyndhoven” klubu ilə qarşılaşıb. Portuqaliyada keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da başlayıb.
Joze Alesionun komandası bu görüşdə mümkün qədər daha böyük hesabla qalib gəlməli idi. Çünki "dördlər finalı"na hər qrupdan yalnız bir komanda vəsiqə qazanacaq ki, burada da top fərqi əsas götürüləcək.
Fasiləyə 3:2 hesabı ilə yollanan komandamız ikinci hissədə daha 3 dəfə rəqib qapısına yol tapıb. Nəticə rəqibini 6:3 hesabı ilə məğlub edən "Araz" turnir cədvəlinin lideri olub.
Qeyd edək ki, qrupun digər matçında Portuqaliyanın “Sportinq” və Macarıstanın “Qyori ETO” klubları üz-üzə gəlib. Bu görüşdə 6:1 hesabı ilə qələbə qazanan Portuqaliya təmsilçisi "Araz"la birgə qrupda liderliyi ələ keçirib.
21 noyabr
UEFA kubokunun elit-raundu
D qrupu
22:00. "Araz" (Azərbaycan) - "Eyndhoven" (Hollandiya) - 6:3
Qollar: Auqusto, 5 (1:0), Edu, 7 (2:0), Bali, 9 (2:1), El Attabi, 10 (2:2), Rafael, 11 (3:2), Biro Jade, 24 (4:2), Borisov, 30 (5:2), Qəmbərov, 31-avtoqol (5:3), Amadeu, 34 (6:3)
00:30. "Sportinq" (Portuqaliya) - “Qyori ETO” (Macarıstan) - 6:1
Qollar: Marselinyo, 4 (1:0), Pedro, 10 (2:0), Divaney, 14 (3:0), 24 (4:0), Harniş, 31 (4:1), Aleks, 33 (5:1), Deo, 36 (6:1)
Pelleqrini sıradan çıxdı
Premyer Liqada ən çox qol epizodunu onlar yaratdı
"Real" sabiq futbolçusunu geri qaytarır
Alman klubu "Mançester Siti"nin hücumçusu ilə maraqlanır
Avropada ən çox driblinqi kim edib?
İngiltərə klubunun sabiq futbolçusu vəfat etdi
"Bornmut"un müdafiəçisi nəhəng klubların hədəfində
"Difai"nin 5 qollu qələbəsindən - Video
Keyn, Haaland, Mbappe...
"Fənərbaxça" Şimanski ilə sağollaşır?
"Barselona" İngiltərə klubunun futbolçusuna göz dikdi
Mbappe də Mərakeşə yollanır
"Turan Tovuz"un qış hazırlıq planı müəyyənləşdi
"Karvan-Yevlax" legioneri ilə yollarını ayırdı
Maradonanın cırılmış forması rekord məbləğə satıldı
"Milan"ın çempion olmağı çətin görünür"
1-ci liqada ilin son oyunları keçirildi