"Neftçi" klubunun baş məşqçisi Nazim Süleymanovun Qol.Az saytına müsahibəsi
- Milli komandamızın yoldaşlıq oyunları ilə bağlı çempionatda yaranan fasilədən necə istifadə edirsiniz?
- Əvvəlcə Qol.Az saytının beş yaşı tamam olması münasibəti ilə sizin kollektivi təbrik edirəm. Siz elə "beş"ə layiqsiniz. İstərdim ki, 10 yaşınızı bir yerdə qeyd edək. Hazırlığa gəldikdə isə, bəzi futbolçularımızda kiçik zədələr var. Çalışırıq ki, onları bərpa edək və gələcək oyunlara yaxşı hazırlaşaq. İki oyunçumuz U-21 millisinin heyətindən yenicə qayıdıb, Rəşad Sadioqov zədə səbəbindən müalicə olunur. Bahadır Nəsimov isə Özbəkistan milli komandasının heyətindədir. Bu gün növbəti məşqimizə çıxacağıq. Mahir Şükürovla Bahadır Nəsimovdan başqa bütün komanda bir yerdə məşq edəcək.
- Rəşad Sadiqov növbəti tura qədər hazır olacaq?
- Rəşad fərdi şəkildə məşq edir. Həkimlər çalışır ki, "İnter"lə oyuna qədər onun zədəsini sağaltsınlar. Oyuna çıxıb-çıxmayacağını deyə bilmərəm.
- "Neftçi"yə gəlişinizdən sonra ciddi bir dəyişiklik etmədiyinizi görürük. Komandanı əvvəlki məşqçilər korpusundan normal şəkildə təhvil almışdınız?
- "Neftçi" ardıcıl 3 il çempion olmuş, Avroliqanın qrup mərhələsində çıxış etmiş komandadır. Həmin uğurları qazanmış heyətdən cəmi iki oyunçu yoxdur. Qalan bütün futbolçular yerindədir. Məndən əvvəlki məşqçilərə dərin təşəkkürümü bildirdim, indi də sizin vasitənizlə bir daha minnətdarlıq edirəm və onlara uğurlar arzulayıram. Tərlan Əhmədovun başçılıq etdiyi məşqçilər korpusundan tam normal bir komanda təhvil almışam.
- Dəyişikliyə ehtiyac yoxdur, yoxsa qış fasiləsini gözləyirsiniz?
- Hər bir məşqçinin öz metodu var. Bunu tədricən həyata keçirməlisən. Birdən-birə dəyişiklik etmək düzgün olmaz axı.
- Məşqçilər korpusunu nə vaxt formalaşdırmağı düşünürsünüz?
- Köməkçi məşqçi Səmədağa Şıxlarovdur, fiziki hazırlıq üzrə məşqçi öz yerində qalır. Qapıçılarla işləyən məşqçi də həmçinin. Bir məqşçimiz də gələcək. Ancaq o, hazırda Azərbaycanda deyil. Buna görə hələ bu məsələ açıq qalıb.
- Qış fasiləsinə az qalıb. Təlim-məşq toplanışını harada keçirməyi dəqiqləşdirmisiniz?
- Bu barədə heç bir problem görmürəm. Futbolçular bu haqda düşünməməlidir, yalnız öz oyunlarına fikir verməlidirlər. Təbii ki, həmişə olduğu kimi bu dəfə də yanvar ayında təlim-məşq toplanışını ölkə xaricində keçirəcəyik.
- Qışda hansı dəyişikliklər gözlənilir? Komandadan gedəcək futbolçuları, gücləndirilməli mövqeləri indidən təyin etmisiniz?
- Qış fasiləsinə qədər hələ beş çempionat, bir kubok oyunu olacaq. Həm də mən komandaya təzə gəldiyim üçün heç bu haqda düşünmürəm, rəhbərliklə də heç nə danışmamışam. Qarşıda əsas oyunlarımız var. Yalnız bu oyunları fikirləşirik.
- "Neftçi"nin bir neçə futbolçusu icarə əsasında digər klublarda çıxış edir. Onların oyununu izləyirsiniz?
- Bəli, müntəzəm olaraq onların oyununu nəzarətdə saxlayırıq.
- Düşünmürsünüz ki, onlardan bəzisini "Neftçi"yə qaytarmaq olar?
- Bunu da zaman göstərəcək. Həmin futbolçular hazırda çıxış etdikləri klubların şərəfini qoruyurlar. Çempionatın iki dövrəsi başa çatdıqdan sonra bu haqda danışmaq olar.
- Topaz Premyer Liqanın növbəti turunda "İnter"lə oyununuz var. Bu görüş və rəqib haqda nə deyə bilərsiniz?
- Hər bir komandaya qarşı planlı şəkildə hazırlaşırıq. Çempionatımızda çıxış edən bütün komandalara böyük hörmətimiz var. Bilirik ki, "İnter" yaxşı komanda və yaxşı klubdur. Son oyunlarda da inamlı çıxış ediblər.
- Çempionatın gedişi haqda nə deyə bilərsiniz?
- Çempionatın reqlamentinin dəyişdirilməsini alqışlayıram. İndi hər bir oyunda prinsipiallıq olur. Gördüyünüz kimi hər tur gözlənilməz bir nəticə qeydə alınır. Bu mövsümdən komandaların sayının 10-a endirilməsi çempionata bir qədər də maraq qatdı. Yəni indi klubların hamısı iddialıdır.
- Milli komandamız Estoniya ilə yoldaşlıq oyunu keçirdi və məğlub oldu. Təcrübəli mütəxəssis və komandamızın sabiq məşqçisi kimi həmin məğlubiyyəti nə ilə əlaqələndirirsiniz?
- Yoxlama oyunu olsa da, hamımız Estoniya ilə qarşılaşmadan qələbə gözləyirdik. Ancaq futbol elədir ki, bir balaca boşalma oldusa, ziyanınını çəkirsən. 90 dəqiqə ərzində oyuna nəzarəti itirməməli idik. Yəqin ki, səhv buraxdıq deyə uduzduq. Çünki komandamız hesabda önd idi. Oyuna internet vasitəsi ilə baxırdım. Millimiz ilk hissədə yaxşı təsir bağışladı. İkinci hissədə isə boşluqlarımız oldu. Həmin səhvlərdən də rəqib istifadə etdi.
- Yığmamızın növbəti oyununu sabah Qırğızıstana qarşı keçirəcək. Rəqibin çox zəif olmağı ilə bağlı AFFA-nı qınayanlar çoxdur. Siz necə düşünürsünüz?
- Həmişə bizdə belə söhbətlər yaranır. Birinə asan deyirik, birinə çox güclü. Bəs biz kimlə oynamalıyıq? Gəlin komandaları ayırmayaq. Bütün komandalar meydana 11 nəfərlə çıxır. Kimin güclü olmağı meydançada bilinir. Estonlara imkan verməsəydik səfərdən qələbə ilə qayıdardıq. Qırğızıstanla oyunda da belə səhvlər etsək, əlbəttə məğlub olarıq. Bu oyunlara bir qədər ciddi yanaşmaq lazımdır. Çünki reytinq baxımından belə matçlar əhəmiyyətlidir.
Ramiq AĞAMƏMMƏDOV
ÇL-də nəhənglərin dueli
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı