"Qırğızıstanla oyun bizim üçüm çox çətin olacaq. Estoniyadan məğlub ayrılmışıq. Həmin oyunda bir neçə səhvə yol verdik. Rəqibi qiymətləndirməməyimizə heç bir səbəb yoxdur. Nəzərə alaq ki, qırğızlar Estoniya ilə 1:1 bərabərə qalmışdı. Biz isə onlara məğlub olduq. Əsas odur ki, bu səhvləri təkrarlamayaq".
Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Qırğızıstanla oyunöncəsi keçirdiyi mətbuat konfransında deyib.
Almaniyalı mütəxəssis sabahkı görüşdə hər iki komandanın qələbə qazana biləcəyini bildirib: "Sabahkı oyunda hər iki komanda qələbə qazana bilər. Görünür, bu ölkələr bir-birilə çox bağlıdır. Bizi buarada çox səmimi qarşıladılar. Burada qocalar və uşaq evlərini ziyarət etdik. Futbolçuların üzündə xoş təbəssüm gördüm. Qırğız futbolçulara heyran qaldım. Onlar yaşlılarla çox səmimi söhbət edirdilər. Sanki öz valideynləridir. Bu səfər yalnız futbolu xatırlatmayacaq".
Qeyd edək ki, Qırğızıstan - Azərbaycan oyunu sabah, Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Pelleqrini sıradan çıxdı
Premyer Liqada ən çox qol epizodunu onlar yaratdı
"Real" sabiq futbolçusunu geri qaytarır
Alman klubu "Mançester Siti"nin hücumçusu ilə maraqlanır
Avropada ən çox driblinqi kim edib?
İngiltərə klubunun sabiq futbolçusu vəfat etdi
"Bornmut"un müdafiəçisi nəhəng klubların hədəfində
"Difai"nin 5 qollu qələbəsindən - Video
Keyn, Haaland, Mbappe...
"Fənərbaxça" Şimanski ilə sağollaşır?
"Barselona" İngiltərə klubunun futbolçusuna göz dikdi
Mbappe də Mərakeşə yollanır
"Turan Tovuz"un qış hazırlıq planı müəyyənləşdi
"Karvan-Yevlax" legioneri ilə yollarını ayırdı
Maradonanın cırılmış forması rekord məbləğə satıldı
"Milan"ın çempion olmağı çətin görünür"
1-ci liqada ilin son oyunları keçirildi