Qol.Az saytının 5 yaşı tamam oldu

Qol.Az saytının 5 yaşı tamam oldu
ÖLKƏ FUTBOLU 17 Noyabr 2013 / 11:15 3261
-  A +

Bu gün Qol.Az saytının fəaliyyətə başlamasından beş il ötür. Saytımız 2008-ci il, noyabrın 17-də Qol.Az idman-xəbər saytı olaraq oxucularla görüşə gəlib və qısa bir zamanda Azərbaycanın idman mətbuatında böyük populyarlıq qazanıb.

Qol.Az bu beş il ərzində Azərbaycanın ən çox oxunan idman portallarından birinə çevrilib. Həmçinin Qol.Az bu il Mətbuat Şurasının üzvlüyünə qəbul edilib.

Portal Azərbaycan və dünya idmanı, xüsusilə də futbol haqda son xəbərlər yayımlamaqdadır.
 
Artıq 5 ildir görüşünüzə gələn Qol.Az ən çox oxunan saytlar arasında ilk pillədə yerini möhkəmlədə bilib. Gün ərzində on minlərlə oxucu xəbər əldə etmək üçün məhz Qol.Az-ı seçir.
 
"5 Media" şirkətinə məxsus olan Qol.Az brendi tezliklə yeni layihələri ilə izləyicilərini sevindirəcək.

Beş yaşını qeyd edən saytımızın kollektivini təbrik edirik.

Daha çox


Son xəbərlər