Lippert Makedoniya məğlubiyyətini şərh etdi

Lippert Makedoniya məğlubiyyətini şərh etdi
ÖLKƏ FUTBOLU 16 Noyabr 2013 / 00:28 2080
-  A +

"Birinci hissədə rəqibin çox böyük təzyiqi ilə üzləşdik. Amma fasiləyə qədər qapımızı toxunulmaz saxlaya bildik".

Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Bernhard Lippert Makedoniya yığması ilə oyundan sonra (0:1) keçirilən mətbuat konfransında deyib.

"İkinci hissədə oyunda bərabərlik yarada bilsək də, qapımıza gedən topun futbolçuya toxunub istiqamətini dəyişməsi nəticəsində qol buraxdıq. Hesabda geri düşdükdən sonra daha riskli oynayıb hücumlarımızı gücləndirsək də, təəssüf ki, qol vura bilmədik” - deyə almaniyalı mütəxəssis əlavə edib.

Daha çox


Son xəbərlər