Millimiz Estoniyaya məğlub oldu

Millimiz Estoniyaya məğlub oldu
ÖLKƏ FUTBOLU 15 Noyabr 2013 / 22:38 15847
-  A +

Bu gün futbol üzrə milli komandamız növbəti matçına çıxıb.

Qol.Az-ın məlumatına görə, Berti Foqtsun komandası yoldaşlıq oyunu çərçivəsində Estoniya ilə qüvvəsini sınayıb.

Yığmamız indiyədək bu rəqiblə yeddi dəfə qarşılaşıb. Bu oyunların hamısı yoldaşlıq görüşü olub. Yığmamız rəqibinə yalnız bir dəfə - 1998-ci ildə qalib gəlib - 2:1. Digər altı görüşün dördündə heç-heçə qeydə alınıb, ikisində isə estonlar qələbə qazanıblar.

Göründüyü kimi bugünkü rəqibimiz bizi üstələməyi bacarıb. Buna görə də milli komandamız üçün bu səfər oyununun çətin keçəcəyini demək olar. Ancaq "DÇ-2014"-ün seçmə mərhələsi çərçivəsində keçirdiyi son oyunlarda uğurlu çıxışı ilə yadda qalan komandamız bu seriyasını davam etdirməyə çalışacaqdı.

Lakin millimiz yenə səfərdə məğlub olub. Fasiləyə 1:0 hesabı ilə üstün yollanan yığmamız ikinci hissədə qapısında iki top görüb. Komandamızın hesabı bərabərləşdirmək cəhdləri isə bir nəticə verməyib və millimiz 1:2 hesabı ilə uduzub.






15 noyabr

Yoldaşlıq oyunu

20:45. Estoniya - Azərbaycan - 2:1
Qollar:
Rauf Əliyev, 44 (0:1), Zenyov, 53 (1:1), Lindpere, 66 (2:1)
 

Daha çox


Son xəbərlər