Milli komandamızın və "Qarabağ" klubunun kapitanı Rəşad Sadıqovun Qol.Az saytına müsahibəsi
- Zədə səbəbindən milli komandamızın Estoniya və Qırğızıstan yığmaları ilə oyunu buraxmalı oldun. Zədən nə dərəcədə ciddidir?
- Dünən milli komandanın həkimləri yenidən müayinə etdilər. Müalicəm davam edir. Əlimizdən gələni edəcəyik ki, maksimum tez sıraya dönüm.
- Səndən başqa Kamran Ağayev, Əfran İsmayılov və Rəşad Sadiqov da zədə səbəbindən millimizə kömək edə bilməyəcək. Bu itkilər yığmamızın oyununa necə təsir edə bilər?
- Hiss olunur ki, çempionatımız son dövrlərdə çox gərgin şəraitdə keçir. Bütün oyunlar ağır olur. Bir çox klublarda zədə sindromu başlayıb. Bu da normaldır. Çünki Avroliqa matçlarından sonra gərgin çempionat oyunları baş tutur. Bu yorğunluğa və bəzi zədələrə gətirib çıxarır. Təbii ki, adını qeyd etdiyiniz futbolçuların yoxluğu milli komandamız üçün itkidir. Ancaq indi yaxşı fürsət yaranıb ki, şans verilməyən futbolçular da özlərini göstərsinlər, onlarda da özlərinə inam yaransın. Məncə, zədəlilərin olmağı daha yaxşıdır ki, gənc futbolçulara da şans verilsin.
- Ancaq Berti Foqts heyətə ənənəvi olaraq təcrübəli futbolçuları dəvət edib, gənclərə üstünlük verməyib.
- Demək olar ki, təcrübəli oyunçu 4-5 nəfərdir. Məncə, kifayət qədər gənc futbolçu çağırılıb. İstənilən komandanın tərkibində həm gənc, həm də təcrübəli futbolçular olmalıdır ki, bir-biri tamamlasınlar. Növbəti yoldaşlıq oyunlarında da gənc futbolçularımız üçün fürsət olacaq. Futbolda nəsil dəyişikliyi qaçılamazdır. Onsuzda yaxın zamanlarda indiki təcrübəli oyunçular yerini gənclərə verəcək. Ona görə də bu yoxlama oyunlarında təcrübəsiz dediyimiz futbolçular özlərini yaxşı tərəfdən göstərməlidirlər.
- Millimizin qarşıdakı oyunları haqda nə deyə bilərsən?
- Məncə, Estoniya çox yaxşı komandadır. DÇ-2014-ün seçmə mərhələsində yaxşı təsir bağışladılar. Rəqibin də heyətində bəzi itkilər var. Fikirləşirəm ki, şanslar bərabərdir. Maraqlı bir oyun olacağını demək olar. Qırğızıstan haqda məlumatımız yoxdur. Çünki bu rəqib Asiyada çıxış edir. Yenə də səfər oyunu olduğu üçün maksimum hazırlaşmalıyıq və səfərdən qələbə ilə qayıtmalıyıq.
- Qırğızıstan millisini bizim üçün uyğun rəqib hesab etmək olar, yoxsa daha güclü rəqiblə oynayıb, təcrübə toplamaq yaxşı olardı?
- Futbolda zəif anlayışı yoxdur. Bu gün biz Rusiya kimi komanda ilə bərabərə qalırıq, heyətində İngiltərə Premyer Liqasında çıxış edən futbolçular olan Şimali İrlandiyaya qalib gəlirik. Deməli qarşındakı rəqibin kimliyindən asılı olmayaraq, 90 dəqiqə meydanda mübarizə aparmalısan, özünü sübut etməlisən. Oyundan əvvəl hansısa komandaya zəif deməyimiz ancaq ziyanımıza ola bilər. Ona görə də futbolçularımız hər iki oyuna ciddi hazırlaşmalıdırlar. Bu oyunlar reytinq baxımından bizim üçün çox vacibdir. Həm də uğurlu seriyanı davam etdirməliyik ki, növbəti seçmə mərhələdə komandamız daha inamlı olsun.
- Sonda Topaz Premyer Liqada AZAL-la oyunuz (1:1) haqda fikirlərini bilmək istərdik. Cari mövsümdə yagənə məğlub olduğunuz AZAL yenə sizdən xal almağı bacardı. Bu komandaya qarşı nədə çətinlik çəkirsiniz?
- AZAL-la oyunun nəticəsinə normal yanaşmaq lazımdır. Heç kim meydana təslim olmaq üçün çıxmır. AZAL yaxşı komandadır, güclü baş məşqçiləri var. Bütün komandalara qarşı yaranan fürsətlərdən istifadə etmək lazımdır. Əksinə olanda oyun daha da çətinləşir. Biz də AZAL-la oyunda bir çox fürsətləri qaçırdıq. Hər iki komanda sona qədər mübarizə apardı. "Qarabağ" qələbə qazanmağa, AZAL isə qələbəni əldən verməməyə çalışdı. Bizim üçün AZAL-la oyundan bir xal götürmək yaxşı nəticədir.
Ramiq AĞAMƏMMƏDOV
ÇL-də nəhənglərin dueli
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı