Estoniya millisinin baş məşqçisi: "Müdafiədə problem var"

Estoniya millisinin baş məşqçisi: "Müdafiədə problem var"
ÖLKƏ FUTBOLU 13 Noyabr 2013 / 13:05 2131
-  A +

"Azərbaycan və Lixtenşteynlə oyunlarda heyətdə müəyyən dəyişikliklər olacaq. Hər iki matçda eyni futbolçulara güvənməyəcəm. Əsas problemimiz isə müdafiədədir. Seçmə mərhələdə bunun şahidi olmuşduq. Ancaq digər mövqelərə kifayət qədər yaxşı futbolçularımız var".

Qol.Az-ın məlumatına görə, bu sözləri Estoniya milli komandasının baş məşqçisi Tarmo Ruutli deyib.

Dünən mətbuat konfransı keçirən 59 yaşlı mütəxəssis komandada qalıb-qalmayacağına da münasibət bildirib: "Komandada qalmağım məndən asılı deyil. İlin sonuna kimi müqaviləm var. Yoldaşlıq oyunlarından sonra bu barədə düşünəcəyəm. Hər şey ola bilər. Hələ ki, Azərbaycanla oyuna köklənmişəm".

Qeyd edək ki, Estoniya - Azərbaycan oyunu noyabrın 15-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

 

Daha çox


Son xəbərlər