Levin: "İli major notlarla başa vurmaq istəyirik"

Levin: "İli major notlarla başa vurmaq istəyirik"
ÖLKƏ FUTBOLU 12 Noyabr 2013 / 19:08 2014
-  A +

Azərbaycan milli komandasının və "Qəbələ" klubunun müdafiəçisi Volodimir Levinin Qol.Az saytına müsahibəsi



- Topaz Premyer Liqanın son turunda səfərdə "Xəzər Lənkəran"la 0:0 bərabərə qaldınız. Bu oyunla bağlı təəssüratlarını öyrənək...
 
- “Xəzər Lənkəran”la oyun çox çətin alındı. Meydanda qələbə üçün mübarizə aparırdıq. Lakin hər iki komandanın cəhdlərinə baxmayaraq, oyunda hesab açılmadı.

- Bu heç-heçədən sonra liderlərlə aranızda 5 xallıq fərq yarandı. Bu baxımdan işinizin çətin olacağını söyləmək olar?

- Əlbətdə ki, mövsüm bizim üçün çox çətin olacaq. Çünki artıq liderlər qrupundan xeyli uzaqlaşmışıq. Bununla belə, çalışacağıq ki, gələcək oyunlarda qələbə qazanmaqla aramızdakı xal fərqini azaldaq.

- Ümumilikdə bu mövsüm "Qəbələ"nin çempionluq şanslarını necə dəyərləndirirsən?

- Hələ ki, birinci dövrənin oyunları gedir. Ona görə çempionluq şanslarından danışmaq tezdir. İlk növbədə fikrimizi birinci dövrənin oyunlarına yönəltməliyik. İlk dövrədə qarşıdakı oyunlarda maksimum nəticə əldə etməliyik.

- Qarşıdan millimizin iki yoldaşlıq görüşü gəlir. Bu oyunlara hazırlıq necə gedir?

- Bəli, millinin düşərgəsində toplanmışıq, gündə iki dəfə olmaqla məşq edirik. Düzdür, zədəli futbolçuların olması problem yaradır, amma ki, məşqlərimiz öz axarı ilə davam edir. Bu oyunlardan öncə komandada çox gözəl əhval-ruhiyəmiz var.

- Estoniya və Qırğızıstan yığmaları haqda nə deyə bilərsən?

- Qırğızıstan haqqında elə də çox məlumatım yoxdu. Ümumiyyətlə Asiya futbolu haqqında çox az məlumatım var. Estoniyaya gəldikdə isə onların Avropa klublarında çox güclü futbolçuları çıxış edir. Bu komanda "DÇ-2014"ün seçmə mərhələsində rəqibləri üçün problemlər yaratdı. Möhkəm komandadır.

- Bu oyunlara futbolçuların motivasiyası hansı səviyyədədir?

- Yoldaşlıq görüşləri olmasına baxmayaraq, bu oyunlarda qələbə qazanmaq istəyirik. Bu ili major notlarla başa vurmaq niyyətindəyik. Hələ ki, əhval-ruhiyyəmiz yaxşıdır. Düşünürəm ki, motivasiya ilə heç bir problem olmayacaq.

- Məlum olduğu kimi, qarşıdakı oyunlarda Rəşad Sadıqov, Kamran Ağayev və Əfran İsmayılov kimi aparıcı futbolçularımız iştirak etməyəcək. Bu futbolçuların olmaması komandanın oyununa necə təsir göstərəcək?  

- Əlbətdə, bu futbolçular komandamızın liderləri hesab olunurlar. Onlarsız bizim üçün çətin olacaq. Yaxşı ki, bu oyunlar yoldaşlıq xarakteri daşıyır. Onların əvəzinə digər futbolçulara şans veriləcək. Artıq  həmin mövqelərdə kimlərin oynaması baş məşqçinin qərarı olacaq.

- Baş məşqçi demişkən artıq Berti Foqtsun Azərbaycan millisi ilə müqaviləsinin müddəti başa çatır. Necə düşünürsən, Foqts yığmada qalmalıdır, ya getməlidir? 

- Fikrimcə, Foqts millidə qalmalıdır. O, komandamız üçün bir çox işlər görüb. "DÇ-2014"ün seçmə mərhələsində uğurlu çıxış etdik. Mənə görə almaniyalı mütəxəssis komadamızda qalmalıdır. Lakin bu artıq digər bir qurumların qərarıdır, hansı ki, baş məşqçinin əldə etdiyi nəticələrə cavabdehdirlər.

Daha çox


Son xəbərlər
31.05.24  12:58

"Roma"dan gedir