Əmrah Çəlikəl: "Heç kimi güclə "Qarabağ"da saxlayası deyilik"

Əmrah Çəlikəl: "Heç kimi güclə "Qarabağ"da saxlayası deyilik"
ÖLKƏ FUTBOLU 12 Noyabr 2013 / 15:13 4013
-  A +

"Qarabağ"ın yarımmüdafiəçisi Çumbinyonun komandasından ayrılacağı ilə bağlı xəbər yayılıb.

Qol.Az-ın məlumatına görə,  Yunanıstan mətbuatı braziliyalı futbolçunun yenidən "Atromitos" klubuna qayıtmaq istədiyini yazıb.

"Qarabağ" klubunun direktoru Əmrah Çəlikəl əməkdaşımızla söhbətində xəbəri təkzib edib: "Bu xəbərlə mən də tanışam. Bunlar həqiqəti əks etdirmir. Çumbinyo bizə heç bir müraciət etməyib. Ancaq onun "Qarabağ"dan məmnun qaldığını deyə bilərəm".

"Qarabağ"ın digər yarımmüdafiəçisi Muarem Muarem mətbuata açıqlamasında qışda "Qarabağ"ı tərk edəcəyini bildirib. Əmrah Çəlikəl bu məsələyə də aydınlıq gətirib:

"Biz heç kimi güclə "Qarabağ"da saxlayası deyilik. Muarrem bu barədə hansısa qəzetə və ya sayta məlumat verməkdənsə, klub rəhbərliyinə, baş məşqçiyə müraciət etməli idi.  Futbolçunun bizimlə hələ bir illik müqaviləsi var. Ancaq getmək istəyən heç kimi saxlamaq fikrimiz yoxdur".

Daha çox


Son xəbərlər