Milli komandamızda ciddi itki

Milli komandamızda ciddi itki
ÖLKƏ FUTBOLU 11 Noyabr 2013 / 18:13 4036
-  A +

Noyabrın 15-i və 19-da yoldaşlıq görüşlərində qüvvəsini sınayacaq Azərbaycan milli komandası ciddi itki ilə üzləşib.

Qol.Az-ın məlumatına görə, Topaz Premyer Liqanın XIII turunda "Neftçi" ilə oyunda xəsarət alaraq meydanı tərk edən "Bakı"nın futbolçusu Əfran İsmayılovun zədəsi ciddidir.
 
Bu barədə Qol.Az-a açıqlamasında 25 yaşlı yarımmüdafiəçi özü məlumat verib: "Zədəm demək olar ki, ciddidir. Ayaq əzələmdə 11 mm yırtıq yaranıb. Bunu mənə klubumun həkimləri dedi. Milli komandanın həkimləri isə başqa söz deyir.

Onlar bildirir ki, səni bir həftəyə Qırğızıstanla oyuna hazır edəcəyik. Ancaq mən buna inanmıram. Çünki ağrılarım şiddətlidir. Ən azı üç həftə müalicə olunmalıyam. Bu gün milli komandada terapiya müalicəsi olundum. Millinin oyunlarına çıxmaq haqda qərarı özüm verəcəm. Ancaq inanmıram ki, həmin oyunlara qədər hazır olaram. Çünki heç normal yeriyə bilmirəm, axsayıram".

Qeyd edək ki, yığmamız noyabrın 15-də Tallinn şəhərində Estoniya, noyabrın 19-da isə Bişkek şəhərində Qırğızıstan millisi ilə yoldaşlıq oyunu keçirəcək.

Daha çox


Son xəbərlər