Cavid Hüseynov: "Elə toplar buraxırıq ki..."

Cavid Hüseynov: "Elə toplar buraxırıq ki..."
ÖLKƏ FUTBOLU 11 Noyabr 2013 / 16:20 3678
-  A +

"Bakı" klubunun yarımmüdafiəçisi Cavid Hüseynovun Qol.Az saytına müsahibəsi

- Əvvəlcə ötən tur "Neftçi" ilə qarşılaşdığınız oyun (1:2) haqda fikirlərini bilmək istərdik.

- Bizim üçün çox uğursuz nəticə oldu. Qələbə qazanıb liderlərə yaxınlaşmaq istəyirdik. Ancaq futbolda həmişə istədiyin nəticə olmur. "Neftçi"yə çox pis məğlub olduq. Rəqib 10 nəfərlə qalsa da, ikinci topu buraxdıq. Sona qədər çalışsaq da, hesabı bərabərləşdirə bilmədik.

- Maraqlıdır ki, birinci dövrənin oyununda "Bakı" azlıqda "Nefçi"yə qalib gəlmişdi. Bu baxımdan yəqin məğlubiyyəti ağlınızdan keçirmirdiniz.

- Əlbəttə, meydana ancaq qələbə üçün çıxmışdıq. İlk oyunun nəticəsini nəzərə almadan oyuna ciddi hazırlaşmışdıq. Görüş ərzində xeyli qol imkanlarımız oldu. Təəssüf ki, şanslardan istifadə edə bilmədik. Əksinə rəqib hesabı artırdı.

- Say üstünlüyündən istifadə etməyə nə mane oldu?

- Dediyim kimi oyunumuz yaxşı alınırdı. Ancaq həlledici zərbəni vura bilmirdik. Yəni say üstünlüyümüzdən istifadə edirdik, rəqib qapısına qədər yaxşı irəliləyirdik. Görüşün sonlarına yaxın mənim də qol vurmaq imkanım oldu, qapıya zərbə endirdim ancaq top ayağıma yaxşı oturmadı.

- Ümumiyyətlə "Bakı" bir çox oyunlarda xeyli qol imkanlarını dəyərləndirə bilmir? Bu, hücumçuların usatlıq səviyyəsinin aşağı olmasından ola bilər?

- Mən belə deməzdim. Fikir verirsinizsə, çox qol vursaq da, çox da buraxırıq. Yəni müdafiəmizdə boşluqlar var. Stabil çıxış edə bilmirik.

- Ancaq müasir futbolda həm hücum, həm də müdafiə komanda şəklində qurulur.

- Əlbəttə, müdafiə hücumdan başlayır. Ancaq görürsünüz, elə toplar buraxırıq ki, adamı yandırır. Rəqibər bizə hər hansı bir kombinasiya ilə yox, heçnədən qol vururlar. Qapıçımızla müdafiəçilər arasında anlaşılmazlıqlar olur.

- Milli komandamızın Estoniya və Qırğızıstan yığmaları ilə keçirəcəyi yoldaşlıq  oyunu haqda nə düşünürsən?

- Qırğızıstan millisi haqda məlumatım yoxdur. Ancaq Estoniyanın oyunlarını izləmişəm. Yaxşı komandadır. Özümüzü onlara qarşı da sınamaq lazımdır.

- Estoniya bizə uyğun rəqibdirmi, yəni bu komanda ilə oyun millimizə xeyir verə bilərmi?

-  Əlbəttə, Estoniya tam bizə uyğun rəqibdir. Baxımlı futbol oynayırlar, Bizim millimiz də inkişafdadır. Bu komanda ilə özümzü sınamağına dəyər.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə