Nazim Süleymanov "Bakı" üzərində qələbədən danışdı

Nazim Süleymanov "Bakı" üzərində qələbədən danışdı
ÖLKƏ FUTBOLU 10 Noyabr 2013 / 20:55 3105
-  A +

“Klubumuzun prezidenti Sadıq Sadıqovun ad günü idi. Dünən onu sözlə, bu gün isə qələbəmizlə təbrik etdik. Oyunçulardan çox razıyam".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi" klubunun baş məşqçisi Nazim Süleymanov "Bakı" ilə oyundan (2:1) sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis komandasının azlıqda qalmasına baxmayaraq yaxşı çıxış etdiyini deyib və futbolçularından razı qalıb: "Saşa Stamenkoviç qırmızı vərəqə aldıqdan sonra komandada ruh düşkünlüyü yarandı. Lakin komanda özündə güc tapdı, oyunu qələbə ilə başa vurdu. Oyunda hər üç qolu özümüz vurduq, ikisini rəqib qapısına, birinə də öz qapımıza”. 

Daha çox


Son xəbərlər