Çixradze: "Avrokuboklar haqqında düşünmək hələ tezdir"

Çixradze: "Avrokuboklar haqqında düşünmək hələ tezdir"
ÖLKƏ FUTBOLU 9 Noyabr 2013 / 20:28 2171
-  A +

“Fikrimcə çox maraqlı və sürətli oyun oldu. Çoxlu qol imkanları yaratdıq. Bu oyunda yalnız qol çatışmadı. Komandam yaxşı oyun göstərdi, mübarizə apardı, hər birinə təşəkkür edirəm. Oyun boyu topa yaxşı nəzarət etdik, sürətıi hücumlar qurduq".

Qol.Az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Simurq"un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqanın 13-cu turunda "İnter"lə oyundan (0:0) sonra deyib.

"Çempionatın 2-ci dövrəsi təzə başlayıb. Getdikcə oyunumuzu təkmilləşdirməliyik, Avrokuboklar haqqında düşünmək hələ tezdir. Rəqib komandanın baş məşqçisi Kaxaber Sxadadzenin oyun bitdikdən sonra nə dediyini eşitməmişəm. Oyun zamanı da, oyundan sonra emosiyalar olur” - deyə o bildirib.

Daha çox


Son xəbərlər