Bahadır Nəsimov: "Bakı" ilə oyun prinsipial xarakter daşımır"

Bahadır Nəsimov: "Bakı" ilə oyun prinsipial xarakter daşımır"
ÖLKƏ FUTBOLU 7 Noyabr 2013 / 16:03 2362
-  A +

“Neftçi” klubunun özbəkistanlı hücumçusu Bahadır Nəsimovun Qol.Az saytına müsahibəsi


- İlk öncə Topaz Premyer Liqanın son turunda qarşılaşdığınız “Xəzər Lənkəran”la oyun (4:1) haqda fikirlərinizi öyrənək...

- “Xəzər Lənkəran”la oyuna çox ciddi hazırlaşırdıq. Çünki onlara superkubok oyununda məğlub olmuşduq. Bilirdik ki, çox ciddi oyun olacaq və bu matça böyük səylə hazırlaşırdıq. Superkubok oyununda qələbə qazanmaq istəyirdik, lakin alınmadı. Bu səbəbdən də çempionat matçında qələbəyə oynayırdıq. Çox şadam ki, qələbə qazandıq.
 
- Sən oyundan öncə bildirmişdin ki, “Xəzər Lənkəran”la  oyunda qol vuracaqsan və dediyin kimi də oldu. Həmin anda nələr hiss etdin?

- Ən əsası budur ki, "Neftçi" qələbə qazandı və vurduğum qol komandanın qələbə qazanmasına kömək oldu. Məhz buna görə sevincliyəm.

- İlk mərhələnin oyununda səfərdə “Bakı”ya 0:3 hesabı ilə uduzmuşdunuz. Növbəti turda yenidən “Bakı” ilə qarşılacaqsınız. Bu oyuna hazırlıqlar necə gedir?

- Hazırlıqlarda heç bir dəyişiklik yoxdu. Yəni, bütün görüşlərə necə ciddi hazırlaşırıqsa, “Bakı” ilə oyunun hazırlıqları da eyni səviyyədə gedir. İlk oyunda 0:3 hesabı ilə məğlub olmuşduq. Komandada heç kəs bunun yenidən təkrarlanmasını istəmir. Bu səbəbdən normal hazırlıqlar gedir.

- “Bakı” ilə oyun sizin üçün nə dərəcədə prinsipial xarakter dayışır?

- Bizim üçün “Bakı” ilə oyun heç bir prinsipial xarakter daşımır. Adi oyunlarda olduğu kimi meydana çıxacağıq. Əsas odur ki, 3 xalı qazanaq. “Bakı” komandasının oyunçuları ilə də heç bir problemim yoxdu. Bütün oyunçularla normal əlaqə var. Sadəcə, xal itirməmək üçün meydana çıxacağıq.

- Bu mövsüm Topaz Premyer Liqada vurduğun 5 qolla bombardirlər siyahısında yer almısan. Necə düşünürsən, iki ildən sonra yenidən bombardir ola biləcəksən?

- Mənə bu haqda daha öncə bir neçə dəfə sual veriblər. Ancaq əsas odur ki, vurduğum qollar komandaya xeyir gətirsin. Əgər vurduğum qollar komandaya xeyir vermirsə, bombardirlik haqqında fikirləşmək düzgün olmazdı.

- Bu mübarizədə kimi özünə əsas rəqib görürsən?

- Mən bu haqda heç nə deyə bilmərəm. Çünki qarşıda bir neçə tur var. Hər şey qabaqdadır.

- Zədədən yeni qayıtmısan. Əvvəlki formanı yığa bilirsənmi?

-
 Tam formada olduğumu deyə bilmərəm. Lakin 80 faiz artıq əvvəlki formamı bərpa etmişəm.

- “Neftçi”nin hücum mövqeyində müəyyən rəqabət var. Bu rəqabətdən çəkinmirsən ki?

- Əlbəttə. Hər komandada olduğu kimi "Neftçi"də də müəyyən rəqabət var. Bu futboldur, rəqabətin olmağı təbiidir. Kim güclüdürsə, o da əsas heyətdə oynamalıdır.

- Sonda “Neftçi”nin çempionluq şanslarını necə dəyərləndirirsən?

- “Neftçi”nin çempionluq üçün böyük şansları var. Demək olar ki, 5 komandanın hər birinin çempionluq üçün şansları var. Fikir verin “İnter” 5 turda ardıcıl olaraq məğlub oldu, lakin artıq 5 turdu qələbə qazanır. Hələ mövsümün sonuna çox var. O səbəbdən indidən heç nə demək olmaz.


Araz SÜLEYMAN

Daha çox


Son xəbərlər