"Rəvan" klubunun yarımmüdafiəçisi Rəşad Abdullayevin Qol.Az saytına müsahibəsi
- Ötən tur komandanız "İnter"lə qarşılaşdı və 2:3 hesabı ilə məğlub oldu. Bu matç haqda nə deyə bilərsən?
- Ən yaxşı oyunlarımızdan biri oldu. Nəticədən razı qalmasaq da, oyun baxımından inkişafda olduğumzu demək olar. Sadəcə gözlənilməz qollar buraxdıq və nəticədə məğlub olduq. Buna baxmayaraq, komandamızda özünəinam yaranıb. Görünür, biz futbol oynaya bilirik.
- "Rəvan"da Özünəinam hiss nə vaxtdan yaranmağa başladı?
- Həmişə sözün düzünü deyən olmuşam. Şahin Diniyev komandaya gələndən sonra futbolçularda ruh yüksəkliyi yaranıb. Mən "Rəvan"a gələndə görürdüm ki, burada yaxşı futbolçular var. Yəni bu oyunçularla çempionluğa olmasa da, yaxşı yerlər üçün oynamaq olar. Sadəcə komanda dağınıq vəziyyətdə idi. İndi isə hərtərəfli irəliləyiş hiss olunur.
- Demək istəyisən ki, "Rəvan"da sadəcə yaxşı baş məqşçiyə ehtiyac var imiş?
- Əlbəttə. Mən əvvəlki məşqçilər haqda pis fikirdə deyiləm. Ola bilər ki, onlar komandanı yığa bilmədilər. Baş məşqçi oyunçulardan tələb etdiyini meydanda onlardan almalıdır. Bu da bizdə alınır.
- "Rəvan"ın özünəməxsus oyun quruluşu yarada bilibmi?
- Son üç oyunda görünür ki, komandamız topa daha çox nəzarət etmək istəyir. Hücumların, qol vəziyyətlərinin sayını artırmışıq. Mən digər klublarda çıxış edəndə tam fərqli oyun üslubumuz olurdu. "Rəvan"da isə yüksək ustalıq səviyyəsinə malik oyunçuların sayı çox deyil. Ona görə çalışırıq ki, top bizdə qalsın və ya əks hücumlarda oynayaq. Ümumiyyətlə futbolda olan hər şeyi meydanda göstərə bilirik.
- "Rəvan"ın əsas problemi nədədir ki, qapısından bütün komandalardan çox - 24 qol buraxıb?
- Müasir futbolda həm müdafiə, həm də hücum komanda şəklində qurulur. Elə olur ki, ön xətdə ani səhvə yol veririk, bu da zəncirvari şəkildə müdafiəmizə təsir edir və qolla nəticələnir. "İnter"lə oyunda da sadə epizodlarda səhvə yol verdik. Razıyam ki, bizdə bu problem var. Bunun üzərində işləməliyik ki, qapımızın toxunulmazlığın təmin edək.
- Əvvəllər daha çox hücumlara qoşulurdun. İndi isə hücumda o qədər də aktiv olmursan. Bu, nə ilə bağlıdır?
- Həmişə iddalı komandalarda oynamışam. O komandalarda yerimi tez-tez dəyişirdim, tək cinahda oynamırdım, qapıya zərbələr endirirdim. İndi müdafiəyə kömək etməyə məcbur oluram. Ona görə də ancaq cinahda oynayıram. Komandamız özünə gəlsə, mən də öz oyun planımla oynayacam. Hücumda oynayan futbolçunun fantaziyaları olmalıdır ki, rəqib qapısında hərtərəfli təhlükələr yaratsın.
- Növbəti oyununuz "Sumqayıt"ladır. Cari mövsümdə yeganə qalib gəldiyiniz komanda ilə oyun haqda nə düşünürsən?
- "Sumqayıt"la cəmi bir xal fərqimiz var. Ona görə də rəib bizi üstələməyə çalışacaq. Hər iki komanda oyunda maksimum güc sərf edəcək. Taktiki cəhətdən hansı komanda güclü olsa, o qalib gələcək. Şanslarımızı bərabər görürəm. Mənim üçün bu oyun digərlərindən çətin görünür.
Ramiq AĞAMƏMMƏDOV
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq