"Milan"ın və İtaliya millisinin keçmiş oyunçusu Cennaro Qattuzo dünya futbolunun canlı əfsanəsi Zinəddin Zidan haqda maraqlı açıqlamalar verib.
Qol.Az-ın məlumatına görə, hər iki şəxs futbolçu karyeraları ərzində dəfələrlə bir-birlərinə qarşı oynayıblar.
Qattuzo bildirib ki, Zidana qarşı oynamaq onun üçün hər zaman çətin olub:
"Zidanı dayandırmaq mənim üçün çox çətin idi. O, ən yaxşılardan biri olub. Nə zaman Fransa millisi ilə qarşılaşsaq, onu zərərsizləşdirmək vəzifəsini mənə verirdilər. Mən isə matçdan öncə axşamlar yata bilmirdim. Dua edirdim ki, Zidan oyun zamanı sehirli hərəkətlər etməsin".
"Arsenal"dan getdi
Zinçenko klubsuz qaldı
“Neftçi”nin 4 rəqibi
Fransa - İsveç: Heyətlər
Haalanddan zəif göstərici
"Marsel"də baş məşqçi ayrılığı
Braziliya millisində itki
"Onlar akademiyalarda, biz isə çətinliklər içində böyüdük"
Dünya çempionatlarında yalnız 3 milli bunu bacarıb