"Doğrudan da həm dramatik, həm də çox gözəl oyun alındı. Allaha şükür ki, sonda qələbə qazana bildik".
Qol.Az sayatına açıqlamasında bu sözləri "Qarabağ" klubunun qapıçısı Fərhad Vəliyev "Qəbələ" ilə oyun (4:3) haqda danışarkən deyib.
O, hesabın bu həddə çatacağını gözləmədiyini bildirib. Qeyd edib ki, komandası məğlub da ola bilərdi: "Hesab 4:0 olanda fikirləşirdim ki, qollarımızın ardı gələcək. Ancaq əksinə oldu. "Qəbələ" özündə güc tapdı, az bir zaman ərzində qapımızdan 3 top keçirdilər. Qollar buraxdıqca fikirləşirdik ki, oyun elə bu hesabla bitsin. Sonda elə epizodlar oldu ki, "Qəbələ" bərabərlik qolunu da vura bilərdi. Görüşün son dəqiqələri bizim üçün çox gərgin keçdi. Amma əsas odur ki, üç xalı qazanan tərəf olduq.
Ardıcıl beş oyunda qapısını toxunulmaz saxlayan təcrübəli qapıçı quru seriyasını davam etdirə bilmədiyi üçün təəəssüfləndiyini bildirib: "Hesabda 4:0 irəlidə olanda gözləmirdik ki, "Qəbələ" özündə güc toplayacaq. Ancaq rəqib çox yaxşı oyun nümayiş etdirdi. Son 15 dəqiqədə "Qəbələ"nin hücumlarının ardı kəsilmirdi. Buraxılan qolları bizdə olan arxayınçılıqla bağlayardım. İstəyirdim ki, quru seriyamı davam etdirim. Qismət belə imiş. Buraxdığım qolların ikisində səhvim olmadı. Sonuncu qolda isə bir qədər tez reaksiya versəydim, qola imkan verməzdim.
Fərhad Vəliyev İbrahim Sehiçin "Qarabağ"a gəlməsindən sonra qapıçılar arasında rəqabətin artıdığını deyib: "Hər bir futbolçu çalışır ki, özünü məşqlərdə yaxşı tərəfdən göstərsin. Mən də hələ yaydan məşqlərdə özümü yaxşı tərəfədən göstərirəm. Avroliqa oyunlarında heç bir oyuna çıxmasam da, həvəsdən düşmədim. Sonradan baş məşqçi mənə şans verdi. Düşünürəm ki, özümü yaxşı tərəfdən göstərdim və əsas heyətdəki yerimi qorudum. Çalışacam ki, digər iki legionerlə rəqabətdən qalib ayrılım və öz yerimi qoruyum.
İki illik fasilədən sonra yenidən milli komandaya dəvət alan 33 yaşlı qapıçı bundan şərəf duyduğunu bildirib və Foqtsdan dəvət gözlədiyini vurğulayıb: "Neçə turdur ki, öz klubumda stabil çıxış edirəm. Buna görə Berti Foqts yenidən məni milliyə dəvət etdi. Çalışacam ki, onun etimadını doğruldum ki, qarşıdan gələn oyunlarda mənə şans versin. Sözün düzü, komanda yoldaşlarımla müzakirə edəndə mənə təsəlli verirdilər ki, stabill çıxış edirsən, yəqin bu dəfə Foqts səni milliyə çağırar. Əvvəlki iki ildə "Qarabağ"ın heyətində o qədər yer ala bilmirdim. Ona görə də millidən dəvət alacağıma o qədər də ümid etmirdim. Ancaq bu dəfə Foqtsdan dəvət gözləyirdim və bilirdim ki, məni milliyə çağıracaq".
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq