Syominin “Terek”dən təklif alması rəsmən təsdiqləndi

Syominin “Terek”dən təklif alması rəsmən təsdiqləndi
ÖLKƏ FUTBOLU 4 Noyabr 2013 / 15:48 3205
-  A +

“Qəbələ” klubunun baş məşqçisi Yuri Syominin Rusiya “Terek”indən təklif aldğını təsdiqləyib.

Klubunn vitse-prezidenti Fariz Nəcəfov Qol.Az-a bildirib ki, Qroznı təmsilçisi tərəfindən rusiyalı mütəxəssisə daha sərfəli təklif gəlsə də, o, bu təklifi rədd edib:

"Bəli, "Terek"dən Syominə təklif gəlmişdi. Ancaq bildiyiniz kimi onun "Qəbələ" ilə bir illik müqaviləsi var. Syomin gözəl məşqçi olduğu kimi gözəl də insandır. O öz müqaviləsinə, karyerasına hörmət edən bir şəxsdir. Baxmayaraq ki, "Terek" onun üçün daha sərfəli ola bilərdi, ancaq o, bizimlə müqaviləni poza bilməzdi”.

Qeyd edək ki, Yuri Syominin "Qəbələ" ilə 2014-cü ilin yayına qədər müqaviləsi var.

Daha çox


Son xəbərlər